Kampaniyalar

Endirimli müayinələr

Covid- 19 Spike Protein - Bu qan analizi vasitəsilə Covid -19 virusuna qarşı immunitetin yaranıb-yaranmadığını və xəstəliyin keçirilib- keçirilmədiyini bilmək mümkündür.
S əkscisimlərinin təyini xəstəlikdən və peyvənddən sonra yaranmış immun cavabın varlığını müəyyənləşdirməyə imkan verir.

Covid-19 Quantitative - Koronavirus infeksiyasına qarşı yaranmış əkscisimlərin miqdarını təyin etmək üçün yoxlanılır. 

Sərbəst T3- metabolizmin sürətini, toxumaların böyüməsini, zülalların, karbohidratların, lipidlərin və kalsiumun metabolizmasını, həmçinin ürək -damar fəaliyyətini, həzm, tənəffüs, reproduktiv və sinir sistemlərini tənzimləyən qan plazması zülallarına bağlı olmayan triyodtironinin (tiroid hormonu) bioloji cəhətdən aktiv bir hissəsidir.

 Estradiol (E2) - steroid quruluşlu  estrogen hormonudur. Normal hormon səviyyəsi olan qadınlarda rast gəlinən əsas cinsi hormondur. İnkişaf etməkdə olan yumurtalıq follikullarında ifraz olunan estradiol; uşaqlıq, uşaqlıq  boruları və vaginanın inkişafına kömək edir. Menstruasiya dövrünün tənzimlənməsində mühüm rol oynayır. Bununla birlikdə, kişilərdəki bəzi funksiyalar üçün də istifadə olunur.

 Anti-TQ -Tiroqlobulinə qarşı yaranmış əkscisimlər, tiroid hormonlarına qarşı yönəldilmiş spesifik immunoglobulinlərdir. Autoimmun tiroid xəstəliklərinin (Graves xəstəliyi, Hashimoto tiroiditi) spesifik göstəricisidir.

C-peptid -  insulin istehsalının göstəricisi olan və mədəaltı vəzinin endokrin hissəsinin sekresiyasının tərkib hissəsidir və şəkərli diabetin diaqnozu, proqnozunu vermək və müalicəsini nəzarət etmək, həmçinin bəzi pankreas xəstəliklərinin diaqnozu üçün istifadə olunur.

 AFP- Hamiləlik dövründə dölün vəziyyətini göstərən və böyüklər üçün qaraciyərin onkomarkeri olan embrionik zülaldır.

 Qeyd: Endirimli qiymət 31.10.2021-ci il tarixinədək keçərlidir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi