İnsan Papilloma Virusu (HPV) papillomaviridae ailəsinə aid bir virusdur. Papillomaviridae ailəsinin fərqli heyvan növlərinə yoluxan bir çox fərqli cinsi olmasına baxmayaraq, HPV yalnız insan növlərində yaşaya bilər.
HPV-nin 100-dən çox bilinən alt tipi mövcuddur. HPV alt tiplərindən ən azı 14-nün xərçəngə səbəb olduğu müəyyən edilmişdir. HPV növləri, xərçəngə səbəb olan potensiallarına görə yüksək risk və aşağı risk olaraq iki qrupa bölünə bilər.
Yüksək riskli HPV növləri: 16, 18, 31, 33, 35, 39, 45, 52, 58.
Aşağı riskli HPV növləri 6,11, 40, 42-dir.
Bunlardan xüsusi ilə HPV 16,18 növləri uşaqlıq boynu xərçəngi və xərçəngönü vəziyyətin 70% dən çoxuna səbəb olur.
Check-up müayinə paketi haqqında ətraflı məlumat üçün (012) 910 nömrəli Çağrı Mərkəzimizlə əlaqə saxlaya və ya (+99455) 4000 910 Whatsapp nömrəmizə yaza bilərsiniz.
Check-up müayinələrdən sadəcə onlayn qeydiyyat vasitəsilə keçmək mümkündür.
Qeyd: Check up paketin etibarlılıq müddəti 20.04.2021-dəkdir