KardiologiyaKardiologiya

Ümumi məlumatHəkimlər

Kardiologiya - kliniki təbabətin ürək damar sisteminin müxtəlif yaş dövrlərində anatomo-fizioloji, fiziki və psixi xüsusiyyətlərini, ürək-damar sisteminin xəstəliklərini, onların diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir. 

SAĞLAM AİLƏ TİBB MƏRKƏZİNİN KARDİOLOGİYA ŞÖBƏSİNDƏ APARILAN MÜAYİNƏLƏR

Elektrokardioqrafiya ( EKQ)

Ürək-damar sisteminin funksional diaqnostika metodları arasında ən geniş yayılan elektrokardioqrafiyadır (EKQ). EKQ-nin köməyi ilə ürəkdə baş verən və baş verə biləcək patalogiyalar haqqında öncədən məlumat almaq mümkündür. Prosesin icra olunması sadə olsa da ürək-damar patalogiyalarında olduqca informativdir.

Elektrokardioqrafiya xüsusi cihazın – elektrokardioqrafın köməyi ilə aparılır. Cihazın elektrodları əllərə, ayaqlara və döş qəfəsinin ön hissəsinə yerləşdirilir. Bu elektrodların keçiriciliyi xüsusi EKQ geli və yaxud spirtli pambıqla artırıla bilər. Prosedur ağrısızdır, bəzən elektrodlar qoyulan sahədə azacıq ağrı hissi və qızartı müşahidə olunur.

EKQ zamanı ürək ritmi və oyanıqlıq kimi funksiyaların vəziyyəti yoxlanılır, nəticədə isə, ürək çatışmazlığına səbəb olan müxtəlif patalogiyalar vaxtında aşkarlanır. EKQ nəticələrinə əsasən həkim kardioloq zədənin (nekroz, işemiya, hipertrofiya və s.) ürəyin hansı hissəsində olduğuna dair ilkin fikir irəli sürür.

Elektrokardioqrafiya mütləq profilaktik tədbir olub, kişilərdə 30, qadınlarda isə 35 yaşdan sonra il ərzində ən az bir dəfə aparılmalıdır.

Exokardioqrafiya

Exokardioqrafiya ürəyin ultrasəs dalğaları vasitəsi ilə müayinə metodudur. 

Ürək-damar sistemi xəstəlikləri

Taxikardiya- bəzən müxtəlif emosiyaların təsiri kimi sağlam şəxslərdə də ola bilər. Ürək nayihəsində ağrı tac damarlarının mənfəzinin daralması nəticəsində miokardın qanla yaxşı təchiz olunmaması ilə əlaqədardır.

Təngnəfəslik- karbon qazının çoxluğundan tənəffüs mərkəzinin qıcıqlanması nəticəsində baş verir. Qanın oksigenlə lazımınca doymaması və karbon qazının çoxluğu kiçik qan dövranında durğunluğun nəticəsidir. Fiziki iş gördükdə taxikardiya ilə birlikdə təngnəfəsliyin əmələ gəlməsi ürək çatışmazlığının başlanmasının ilk əlamətlərindəndir. Xəstəyə münasib vəziyyətdə oturmağa kömək edilir, oksigen verilir. Bəzən başgicəllənməsi, baş ağrısı, huşun itirilməsi və zəiflik müşahidə olunur.

Ürəyin işemik xəstəlikləri  - qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.

Stenokardiya- tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda müşahidə olunur. Əsas əlaməti ürək və ya döşarxası nayihələrdə tutmaşəkilli ağrı və onun sol qola, kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata qədər davam etməsidir (yarım saatdan sonra miokarda infarktına keçir). Ağrı qan dövranının pozularaq miokarda qanın az gəlməsi ilə izah olunur, adətən fiziki və psixi gərginlikdən sonra başlayır. Xəstəliyin ilkin mərhələlərində tutmalar az-az, daha sonra isə hər gün müşahidə olunur. Belə hallarda xəstəyə fiziki və psixi rahat olması üçün münbit şərait yaratmaq lazımdır.

Miokard infarktı - tac damarlarından birinin çox daralması, trombla tutulması nəticəsində ürək əzələsinin müəyyən nahiyəsinin nekrozudur (ölməsidir). Adətən, tac arteriyalarının aterosklerozu, hipertoniya xəstəliyi və s. miokard  infarktına gətirib çıxarır. Şiddətli həyəcan təsirindən də infarkt baş verə bilər. Əksər hallarda 40-60 yaşlı, bəzən isə cavanlarda da xəstəlik müşahidə olunur. Miokard infarktının əsas əlaməti döş sümüyünün arxasında, ürək nayihəsində stenokardiyaya xas 20-30 dəqiqə, bəzən bir saat davam edən şiddətli, dözülməz ağrıdır. Ağrı qəflətən, bəzən huşun itməsi ilə meydana çıxır, sağ qabırğa altında, qarnın üst hissəsində olur. Ağrılar sol qola, çiyinə və boyuna vurur. Nitroqliserin kömək etmir.Bəzən tutma ürək astması tutması ilə başlayır. Bu zaman xəstə oturaq və ya yarımoturaq vəziyət almağa məcbur olur. Bu formada ölüm faizi çox olur.Temperatur tutmadan 2 gün sonra yüksəlib 38-38.5 dərəcəyə çatır. Leykositoz olur, EÇS artır. Bədən yapışqan tərlə örtülür, boz rəng alır. Nəbz kiçik,  tezləşmiş olur. Arterial təzyiq azalır, ağciyərlərdə yaş xırıltılar eşidilir, boğulma baş verir. Bəzi xəstələrdə miokard infarktı ağrısız, ürək-damar çatışmazlığı şəklində keçir. Diaqnoz elektrokardioqramın köməyilə qoyulur.

Ürək astması- kəskin ürək çatışmazlığından biridir. O, boğulma tutmaları ilə izah olunur.Hipertoniya, kəskin diffuz nefrit, miokard infarktı olan və yaşı 50-ni keçmiş kişilər daha çox xəstəliyə meyllidirlər.Xəstəliyin  səbəblərindən  biri  sol mədəciyin işinin kəskin çatışmaması, yaxud tənəffüs, qan dövranı və sinir sisteminin vəziyyətində baş verən dəyişikliklərdir. Boğulma tutmaları xəstəni oturaq vəziyyətə məcbur edir. Xəstə narahat olur, tənəffüzü tezləşir, səthiləşir və çətinləşir, sianoz baş verir, yapışqanaoxşar tər əmələ gəlir. Bir neçə dəqiqədən bir neçə saatadək bu vəziyyət davam edir.Sonra ürəyin işi tezləşir,qan təzyiqi artır, müalicə olunmazsa, ölümlə nəticələnər.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi