EndokrinologiyaEndokrinologiya

Ümumi məlumatHəkimlər

Endokrinologiya tibb elminin çox mühüm sahələrindən biridir. Axırıncı on illiklərdə tibb elminin ayrı-ayrı sahələrinin sürətlə inkişaf etməsilə yanaşı endokrinologiya çox sürətli inkişaf etmiş və hazırda xüsusi bir elm sahəsi olaraq nəzəri, həm də təcrübi təbabətdə xüsusi yer tutur. Buna baxmayaraq endokrin sistemi orqanizmin digər orqan və sistemlərilə üzvi bağlı olub orqanizmin üzvi funksional tamlığını -homeostazı təmin edir. Bu sistem sinir sistemi, qan və limfa ilə daha sıx əlaqədədir. Sinir sistemi ilə daha çox əlaqəli olduğundan (bəzi sinir hüceyrələri hormonlar ifraz edirlər) hazırda neyroendokrinologiya adlı xüsusi elm sahəsi inkişaf etməkdədir.

Endokrinologiya yunan sözü olub (endo - daxili, krino - sekresiya, loqos – təlim) daxili sekresiya vəzləri haqqında olan elmdir. İfrazatının açıldığı yerə görə vəzlər iki qrupa bölünürlər: 1) Ekzokrin vəzlər - bunların sekreti xaricə, yəni ağız boşluğuna, həzm sisteminə (mədəyə və bağırsaqlara) açılır; 2) Endokrin vəzlər - bunların ifrazatı (sekresiya məhsulu - sekreti) isə ancaq qana və limfaya açılır. Endokrin vəzlərin sekreti hormon adlanır. Yunanca hormao - qıcıqlandırmaq, hərəktə gətirmək deməkdir. İlk dəfə olaraq bu termini 1902-ci ildo U.Beylis və E.Starlinq təklif edərək işlətmişlər.

Daxili sekresiyanı bəzən inkretor proses də adlandırırlar kı, bu da daxili sekresiya vəzlərinin hasil etdiyi sekret daha doğrusu inkret bir başa qana və ya limfaya daxil olur. Bu inkretləri hormon (hormon - qıcıqlandırıram, hərəkətə gətirirəm deməkdir) adlanırlar. Bu termini ilk dəfə Starlinq vermişdir. Beləliklə, hormonlar daxili sekresiya vəzlərinin ifrat dərəcədə spesifik sekreti (inkreti) olub bütün orqanizmə və ya onun ayrı-ayrı üzvlərinə təsir edir.

Beləliklə, sinir hüceyrələri hormon sintez edirlər. Digər tərəfdən sinir liflərinin uclarında mediatorlar ifraz olunurlar. Yəni bir neyrondan digərinə impuls mediatorlar tərəfındən ötürülür. Lakin mediatorlar qısa və məhəlli (lokal) təsirə malik olurlar, hormonlar isə uzunmüddətli distant təsir göstərirlər.

Endokrin sistemi vəzlərinə  hipofiz, hipotalamus, qalxanvari vəzi, qalxanvariətraf vəzləri, timus, böyrəküstü vəzlər, mədəaltı vəzin Langerhans adacıq aparatı, cinsi vəzlər (qadınlarda yumurtalıqlar, kişilərdə xayalar) aiddirlər. Qadınlarda hamiləlik zamanı cift bir çox hormonlar hasil edərək

Ana ilə dölün orqanizmləri arasında homeostazı saxlayır və hamiləliyin normal keçməsinə şarait yaradır.

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, hormon hasil edən endokrin hüceyrələri bədənin müxtəlif yerlərində də ola bilərlər. Buna misal olaraq həzm sistemində (xüsusən mədə-bağırsaq) ifraz olunan qastrointestinal hormonları (qastrin, xolesistokinin, pankreozimin və s.) göstərmək olar. Endokrin vəzlərdən kənarda yerləşən və hormon ifraz edən belə vəzlər sisteminə APUD-sistem deyirlər.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi