OftalmologiyaOftalmologiya

Ümumi məlumatHəkimlər

Oftalmologiya-göz xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikası ilə məşğul olan tibbin bir sahəsidir. 

Müasir avadanlıqlarla təhciz olunmuş oftalmoloji kabinetdə görmə problemləri və göz xəstəlikləri mövcud olan pasientlərə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Mərkəzimizdə qlaukoma, katarakta, çəp gözlük, gözün müxtəlif iltihabı xəstəlikləri, göz dibi patologiyaların müalicəsində böyük təcrübəsi olan həkim heyəti fəaliyyət göstərir.

Sağlam Ailə Tibb Mərkəzində oftalmologiya sahəsi üzrə göstərilən xidmətlər:

1.     Göz qapaqları, göz yaşı orqanları və göz almasının ön seqmentinin yarıqlı lampa (biomikroskopla) müayinəsi;

2.     Göz dibinin müxtəlif müayinə üsulları;

3.     Gözdaxili təzyiqin ölçülməsinin müxtəlif müayinə üsulları;

4.     Eynəklərin dəqiq təyin olunması üçün avtorefraktometriya və foropter ilə gözlərin müayinəsi və s.

Quru göz sindromu

Göz yaşı gözün nəmli və rahat qalmasını təmin edir. Bəzən göz yaşı ifrazının azalması və ya keyfiyyətinin aşağı düşməsi gözlərdə quruluğa səbəb olur. Quru göz sindromu hormonal səbəblərlə bağlı olduğu üçün qadınlarda daha çox rast gəlinir.

Quru göz sindromunun əlamətləri:

  • Dumanlanma;
  • İşığa həssaslıq;
  • Qızartı;
  • Günün sonunda gözlərdə yorğunluq;
  • Gözlərdə yanma və batma hissi;
  • Gözlərdən yaş axması;
  • Kontakt linzalardan istifadə zamanı narahatlıq;
  • Quru və küləkli havada əlamətlərin güclənməsi.

Quru göz sindromunun yaranma səbəbləri:

  • Monitor arxasında həddindən artıq çox oturmaq;
  • Normadan artıq mütaliə ilə məşğul olmaq;
  • Havası quru olan yerdə yaşamaq və ya işləmək;
  • Linzalardan uzunmüddətli istifadə;

Qlaukoma – gözdaxili təzyiqin yüksəlməsi ilə müşahidə olunan, daha sonra görmə sinirinin zədələnməsinə və görmə sahəsində qüsurların yaranmasına səbəb olan xroniki göz xəstəlikləri qrupudur. Erkən diaqnoz və müalicə edilmədiyi halda bu xəstəlik görmənin itirilməsi ilə nəticələnir. Buna görə də hər il həkim müayinəsindən keçərək göz təzyiqi nəzarətdə saxlanmalıdır.

Qlaukomanın əlamətləri

  • Səhərlər güclənən baş ağrıları;
  • Dumanlı görmə;
  • Televizora baxarkən gözdə ağrılar;
  • Gecələr işıq ətrafında halqalar və s.

Qlaukomanın risk faktorları

  • İrsi faktor;
  • 35-dən yuxarı yaş həddi;
  • Şəkərli diabet;
  • Yüksək miopiya ;
  • Yüksək hipermetropiya;
  • Uzun müddətli steroid qəbulu;
  • Göz travmaları və s.

İşıq şüalarının gözə daxil olmasına mane olan büllurun şəffaflığının azalması “katarakta” adlanır.

Kataraktanın əlamətləri:

  • Görmənin dumanlanması;
  • Gecə görmənin pisləşməsi;
  • İşığa qarşı həssaslığın artması;
  • Oxuyan zaman daha güclü işıqdan istifadə etmək zərurəti;
  • Optik və ya kontakt linzaların dərəcələrinin tez-tez dəyişməsi.

Kataraktanın risk faktorları:

  • 50 yaşdan yuxarı;
  • Travma;
  • Dərmanların toksik təsiri;
  • Diabet;
  • Miopiya;
  • Qlaukoma.

Yuxarıda göstərilən əlamətlərdən hər hansı birini özünüzdə müşahidə edən zaman buna biganə qalmayın, mütləq şəkildə oftalmoloqa müraciət edin.

Gözlərdə qızartı

Gözlərimiz həmişə diqqət mərkəzindədir .Onlarda olan hər hansı bir dəyişiklik daha tez nəzərə çarpır. “Qırmızı göz” termini qanlı və qıcıqlanmış gözlər üçün istifadə olunur. Bu qızartı skleradakı kapilyarların genişlənməsi hesabına baş verir.

Gözlərdəki qızartı adətən aşağıda göstərilən şikayətlərlə birgə müşahidə olunur:

  • Ağrı
  • Qaşınma
  • Şişkinlik
  • Dumanlı görmə və s.

Gözlərdə qızartının yaranma səbəbləri:

  • Konyunktivitlər;
  • Göz allergiyaları;
  • Qlaukoma;
  • Uveitlər;
  • Keratitlər;
  • Quru göz sindromu;
  • Kontakt linzalardan istifadə;
  • Travmalar;
  • Qrip və soyuqdəymə;
  • Ətraf mühit və iş şəraiti;
  • Siqaret tüstüsü;
  • Yuxu pozğunluğu;
  • Uzun müddət televizora baxmaq və ya kompüterdən istifadə etmək;
  • Nəm və havasız mühitdə olmaq;
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi