Pediatriya

Pediatriya- tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını, böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətlərini, yaşla bağlı dəyişiklikləri, eləcə də, uşağa qulluğu öyrənən sahəsidir.

Sağlam Ailə Tibb Mərkəzinin Pediatriya şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:

  • Uşaqlarda fiziki inkişafdan qalma və artıq çəki problemləri
  • Raxit
  • Spazmofiliya
  • Distrofiyalar
  • Hipovitaminozlar
  • Hipervitaminozlar
  • Diatezlər
  • Həzm sistemi xəstəlikləri:  qastrit, mədə və 12 barmaq bağırsaq xorası, öd yolları diskineziyaları, xolesistit, pankreatit, kolit, enterit, helmintozlar, disbakterioz
  • Tənəffüs sistemi xəstəlikləri: kəskin respirator xəstəliklərbronxit, pnevmoniya, plevrit, bronxial astma, pollinoz və digər allergik problemlər
  • Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid poliartrit, sistemli qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit
  • İfrazat sistemi xəstəlikləri: qlomerulonefrit, pieolnefri, nefrotik sindrom
  • Nevroloji problemlər: uşaq və yeniyetmələrdə epilepsiya, epileptiform paroksizmlər, baş ağrıları, somnambulizm, tiklər, enurezsinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici, hiperaktivlik, diqqət zəifliyi sindromu 

UŞAQLARIN PEYVƏND TƏQVİMİ

  • 4-7 gün – Hep B, BCG, OPV
  • 2 aylıqda -Hep B, OPV, GDT, Hib, PK
  • 3 aylıqda –OPV, GDT, Hib
  • 4 aylıqda –OPV, GDT, Hib, PK
  • 6 aylıqda –Hep B, PK
  • 12 aylıqda – QPM
  • 18 aylıqda –OPV, GDT
  • 6 yaşında –DT, QPM

QEYD:

  • Hep B-  hepatit B əleyhinə
  • BCG-  vərəm əleyhinə
  • OPV-  poliomielit əleyhinə
  • GDT- göyöskürək, difteriya, tetanus əleyhinə
  • Hib-  haemophillus influenzae əleyhinə
  • PK-  pnevmokokk əleyhinə
  • QPM-  qızılca, məxmərək, epidemik parotit əleyhinə
  • DT-  difteriya, tetanus əleyhinə

Övladınızın vaksinasiya prosesini uğurla keçməsini istəyirsinizsə, aşağıdakl qaydalara riayət edin.

Vaksinasiya prosesindən əvvəl:

  • Vaksinasiya prosesindən öncə övladınızı həkim müayinəsindən keçirərək onun tam sağlam olduğuna əmin olmalısınız.
  • Diatezli və allergiyaya meyilli uşaqlara vaksinasiyadan əvvəl 3 gün ərzində həkim tərəfindən uşağınızın yaşına uyğun dozada təyin edilmiş, hər hansı bir desensibilizasiyaedici preparat içirin.
  • Dərk edən uşaqlarınızı aldadaraq deyil, başa salaraq vaksinasiyaya gətirin. Təcrübə göstərir ki, aldadılaraq vaksinasiyaya gətirilən uşaqlar iynə vurularkən maksimal dərəcədə müqavimət göstərdikləri və manipulyasiya zamanı tərpəndikləri üçün yerli reaksiyalar onlarda daha çox özünü göstərir.

Vaksinasiya prosesi zamanı;

  • Vaksinasiya olunarkən uşağınızın rahat və sakit uzanması və ya oturmasını təmin edin ki, vaksin yeridilərkən iynə tərpənməsin və əlavə yerli reaksiyalara səbəb olmasın.
  • Vaksin yeridildikdən sonra onun yerini ovuşdurmayın!
  • İnyeksiya yerinə leykoplastr yapışdırılanadək əl dəyilməsinə yol verməyin.

Vaksinasiya prosesindən sonra;

  • İnyeksiyadan sonra 3 gün ərzində uşağınızı çimizdirməyin və iynə vurulan nayihəyə su dəyməməsinə çalışın.
  • Bədən hərarətinə nəzarət edin. Əgər hərarəti yüksələrsə, həkim ilə əlaqə saxlayın.
  • Vaksinasiya zamanı özünü “yaxşı aparan” uşaqlarınızı mükafatlandırmağı da unutmayın. Bu planlı vaksinasiyalar zamanı növbəti dozanı almaq üçün uşağınızın daha həvəslə gəlməsinə və proseduru daha rahat keçirməsinə şərait yaradır.
  • İnyeksiya yerində qızartı, şişkinlik, istilik, və bərkimə kimi əlamətlər hiss edən zaman həmin nayihəyə birinci sutka ərzində yod qəfəsi çəkə bilərsiniz. Əlamətlər ikinci gün də davam edərsə, həmin nayihəni 95◦ spirtlə yuyun və 1:1 nisbətində qarışdırılmış məhlul ilə kompres qoyun. Kompresləri 2-4 saatdan bir dəyişin. Qızartı və şişkinlik 5 sm-dən çox olarsa, mütləq həkiminizə müraciət edin.
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi