Ultrasəs müayinəsi (USM) təhlükəsiz, invaziv olmayan və şüalanma verməyən müayinə metodudur. USM vasitəsilə səs dalğalarından faydalanaraq daxili orqanların görüntüsünü görmək mümkündür.
Bu müayinə metodu vasitəsilə;
- daxili orqanlardakı ağrı, şişkinlik və infeksiyanın səbəblərini bilmək,
- hamilə qadınlarda dölün vəziyyətini öyrənmək,
- körpələrdə beyin və bud-çanaq oynağının vəziyyətini qiymətləndirmək mümkündür.
Sağlam Ailə Tibb Mərkəzində aşağıdakı orqan və sistemlərin Ultrasəs müayinəsi aparılır:
- Qarın boşluğu orqanları
- Sidik-ifrazat sistemi orqanları
- Yenidoğulmuşlarda bud-çanaq oynağının müayinəsi
- Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulmetriya (transabdominal və transvaginal), süd vəziləri
- Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal)
- Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzlər
Əksər nayihələrin ultrasəs müayinəsi heç bir ön hazırlıq tələb etmir, lakin müəyyən nayihələrin şəkillərinin aydın çəkilməsi üçün bir-sıra qaydalara riayət etmək lazımdır.
- Qarın boşluğunun ultrasəs müayinəsi 8-12 saatlıq aclıqdan sonra aparılır. Bu qayda qarın boşluğu orqanlarının (ödkisəsi, qaraciyər, mədəaltı vəzi, dalaq) tək-tək müayinəsinə də aiddir.
- Ginekoloji (üstdən baxış) və uroloji USM üçün sidik kisəsi tam dolu olmalıdır.
- Ginekoloji transvaginal ultrasəs müayinəsi üçün sidik kisəsi boş olmalıdır.
- Süd vəzilərinin müayinəsi üçün tsiklin 7-9-cu günləri tövsiyə olunur.