Sağlam xəbər

Laborator və poliklinik xidmətlər üçün ONLAYN QEYDİYYAT

Sağlam Ailə Tibb Mərkəzi olaraq pasiyent məmnuniyyətinin artırılması, həmçinin xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə hər zaman yeniliklər və rahatlığı təmin edən funksiyalar təqdim etməyə çalışırıq. Belə ki, 2020-ci ildə “Onlayn qeydiyyat” xidmətini təqdim edərək, pasiyentlərimizin filiallarımızda gözləmə vaxtını minimuma endirdik.
Onlayn qeydiyyat vasitəsilə pasiyent öncədən müəyyən edilən gündə və saatda seçdiyi filiala gələrək, həm laborator, həm də poliklinik müayinələrdən keçə bilər.


Bu xidmətdən yararlanmaq üçün;

  •    www.saglamaile.az saytımızın Onlayn qeydiyyat bölməsində qeydiyyatdan keçərək,
  •     (012) 910 nömrəli Çağrı Mərkəzimizə zəng edərək,
  •    (055) 4000 910 Whatsapp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın ismarıc bölməsinə yazaraq öncədən Onlayn qeydiyyatdan keçə və filiallarımızda növbə gözləmədən müayinələrdən keçə bilərsiniz.

Təyin olunan vaxtda mərkəzimizə yaxınlaşdıqda mobil nömrənizə göndərilən Onlayn qeydiyyat kodunu Məlumat şöbəsinə təqdim edərək, qeydiyyat qəbzinizi əldə edəcəksiniz.
Beləliklə, müayinəyə yaxınlaşacağınız gün Qeydiyyat üçün növbə gözləməyərək həm vaxtınıza qənaət edəcək, həm də Sizə uyğun saatda müayinəyə yaxınlaşacaqsınız.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi