TİBB KARTI HAQQINDA:
• Tibb kartı, Sağlam Ailə Tibb Mərkəzləri şəbəkəsində qeydiyyatdan keçən pasiyentlərə məxsus “Tibbi tarixçə” kartıdır.
ÜSTÜNLÜKLƏRİ
Kart sahibinə;
• ildə bir dəfə Qanın kliniki analizi və ya Spermoqramma müayinəsi hədiyyə olunur,
• doğulduğu ayda “Yaşın qədər endirim” edilir,
• illik dövriyyədən asılı olaraq, ödədiyi məbləğin 5% - 20%-i bonus kimi Tibb kartına əlavə olunur.
İSTİFADƏ QAYDALARI VƏ ŞƏRTLƏR
• Kart fərdi olduğu üçün başqa şəxs tərəfindən istifadə edilə bilməz.
• Bonusların aktivləşməsi üçün kart sahibi şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.
• Toplanan bonusları CHECK-UP və ya digər tibbi müayinələrdən keçən zaman istifadə etmək mümkündür.
• Pasiyent xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə ödəyə bilər.
• Kartda olan bonus xidmət ödənişindən çox olarsa, bonusların digər hissəsi balansda qalır. Qalan bonusları növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar.
• Bonus və hədiyyə analizlərdən yalnız şəxsiyyəti təsdiq edən sənədlə istifadə etmək mümkündür.
• Kart sahibinin istəyindən asılı olaraq toplanan bonusları birdəfəlik və ya hissə-hissə istifadə etmək olar.
• Tibb kartı itən zaman kart sahibi şəxsiyyətini təsdiq edən sənədlə Sağlam Ailə Tibb Mərkəzinin filiallarından hər hansı birinə yaxınlaşaraq ödənişli şəkildə kartını bərpa edə bilər.
• Bərpa edilən yeni kartda kart sahibinin Sağlam Ailə Tibb Mərkəzlərində keçdiyi bütün müayinələrin tibbi tarixçəsi və bonuslar əks olunur.
• Kartla bağlı dəyişiklik etmə hüququ Sağlam Ailə Tibb Mərkəzlərişəbəkəsinə məxsusdur.