Sağlam cavab

Bakterioloji müayinələr üçün tələblər nələrdir?

  1. Bakterioloji müayinə üçün materialların götürülməsinə dair ümumi tələblər:

Müayinə üçün material antibakterial, antiseptik və antifunqal müalicədən öncə və ya 2 həftə sonra götürülür.  Hər bir material sterillik şərtlərinə əməl olunmaqla, həmin material üçün nəzərdə tutulmuş nəqliyyat mühitinə və ya quru steril qablara toplanır.

  1. Əkilmə üçün sıyrıntılar (urogenital,  burun-udlaq, ağızın selikli qişası, yara nahiyəsindən və s. sıyrıntılar).

Material götürüldükdən sonra nəqliyyat mühitinə daxil edilir. Nəqliyyat mühitində material işlənilməyə göndərilənədək otaq temperaturunda saxlanılır. 

 

   

                 Əsnəkdən bakterioloji müayinə

 

Tam ac qarına, qida və maye qəbulu olmadan, dişləri belə fırçalamadan yaxınlaşmaq lazımdır. 

 

  1. Disbakterioz.

Nəcis əkilmə və disbakterioz müayinəsi üçün uşaq bezində,kibrit qutusunda və s. qeyri steril qablarda laboratoriyaya təqdim olunduqda qəbul edilmir,nəcis yalnız steril qabda yığıldıqdan sonra 1 saat ərzində klinikaya çatdırılmalıdır. Disbakterioz müayinəsi zamanı nəcisin bakterioloji əkilməsi də yoxlanılır. 

 

Şərtlərə uyğun olmuyan biomaterial qəbul edilmir:

  • Biomaterial donubsa
  • Biomaterialın götürülməsindən  çox vaxt keçibsə
  • Ağzı kip bağlanmayan konteynerdə qəbul edilmir
Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi