Spermoqramma kişi fertilliyinin (mayalandırma qabilliyyətinin) qiymətləndirilməsi üçün aparılan eyakulyat analizidir.
Bu analiz zamanı eyakulyatın keyfiyyət, kəmiyyət və morfoloji parametrləri təyin edilir. Bu parametrlərə aiddir: eyakulyatın həcmi, rəngi, pH-ı, 1ml-də spermatozoidlərin miqdarı, normal və patoloji formalı spermatozoidlər və s. aiddir.
- Analiz masturbasiya yolu ilə toplanmış eyakulyatda yoxlanılır.
- Analiz birbaşa tibb mərkəzində verilməlidir, əgər evdən gətirilirsə 15 dəqiqə ərzində çatdırılmalı, steril konteynere toplanmalıdır.
- Analizdən öncə 3-7 gün cinsi əlaqə olmamalıdır.
- Bu periodda spirtli içki qəbulu, sauna kimi isti prosedurlar olmamalıdır.
- Müayinə günü siqaret çəkilməsi tövsiyyə olunmur.
- Dərmanların qəbulu varsa həkimlə razılaşdırıldıqdan sonra analizin verilmə vaxtı təyin edilməlidir.