Tibbi məlumatlar

AST (aspartat aminotransferaza) nədir?

Qaraciyərdə zədə olub olmadığını araşdırmaq üçün ən çox verilən analizlər ALT(alanin aminotransferaza) və AST(aspartat aminotransferaza) qaraciyər fermentləridir.

AST nədir? 

 

Bədənimizin ən böyük orqanı olan qaraciyər tərəfindən ifraz olunan Aspartat aminotransferaza , az miqdarda qanda hər zaman tapılır. AST qaraciyər zədələnməsinin və bir çox qaraciyər xəstəliyinin diaqnozunun qoyulması üçün aparılan biokimyəvi labaratoriya analizidir. Tək başına klinik bir məna ifadə etməyən AST, Alanin Aminotransferaza(ALT) ilə birlikdə yoxlanılır.  Hər iki analizin nisbəti hesablanaraq qaraciyər zədələnməsinin dəyərləndirilməsində və qaraciyər xəstəliklərinin diaqnozunun qoyulmasında istifadə olunur. AST analizi qaraciyər xəstəliyi olan şəxslərdə ,müalicənin gedişatının dəyərləndirilməsi və bəzi hallarda istifadə olunan toksiki potensialı olan  dərmanların,qaraciyərdə meydana gətirdiyi təsiri izləmək üçün istifadə olunur. Normalda qanda az miqdarda olan AST səviyyəsinin çox miqdarda artması, adətən orqanizmdə infeksiyanın olduğu və hepatitlərin kəskinləşməsi zamanı baş verir. Bəzi hallarda ürək və skelet əzələlərinə mənfi təsir göstərən xəstəliklər, nevroloji əzələ xəstəlikləri, kəskin pankreatit, əzələ zədələnmələri və ağır idman hərəkətlərinə bağlı olaraq  da qanda AST miqdarında artım ola bilər.

AST dəyərinin qanda az miqdarı normal olsa da ,referens dəyərlərindən aşağı olması B6 vitamin çatışmazlığına , hamiləlik, bəzi böyrək xəstəlikləri və sidik cövhəri miqdarının normadan çox olması kimi səbəblərdən qaynaqlana bilər.

AST analizi hansı vəziyyətlərdə verilməlidir?  

 

Qandakı Aspartat Aminotransferaza miqdarı, fermentin mövcud olduğu qaraciyər,ürək,beyin və əzələ kimi toxumaların zədələnməsi zamanı daha çox ifraz olunmağa başlayır və qanda miqdarı artır. Xəstədə halsızlıq,yorğunluq, gücsüz hiss etmə, qusma, bulantı, qaşınma, qarın ağrısı, iştahsızlıq, çəki itgisi, sarılıq kimi şikaytlərlə yanaşı sidiyin rənginin tündləşməsi və nəcisin rənginin açıq olması zamanı AST analizi verilir. Xəstəlik tarixçəsində qaraciyər xəstəliyi keçirmiş şəxslərin də müalicə dövründə və sonrasında müalicənin gedişatını dəyərləndirmək üçün AST analizi verilir.

Qeyd olunanlardan əlavə aşağıda qeyd olunan hallar zamanı da AST analizi verilməlidir:

  • Həddindən artıq spirtli içki istifadəsi
  • Diabet xəstəliyi zamanı
  • Hepatit virusların ilə xəstələnmə
  • Qaraciyər üçün toksiki təsiri ola biləcək dərman istifadəsi zamanı

AST analizi adətən ALT (Alanin Aminotransferaza) ilə birlikdə yoxlanılır və  nəticələrinin bir-biri ilə nisbətinə əsaslanaraq diaqnoz qoyulur. Misal olaraq qeyd edə bilərik ki, AST səviyyəsinin normadan çox lakin ALT nin normal olması ,zədənin qaraciyərdə deyil ürək və ya əzələlərdə olduğunu göstərir. Buna görə bu iki analizin ayrı ayrı deyil birlikdə dəyərləndirilməsi lazımdır.

AST -nin normadan yüksək olması 

 

Aspartat Aminotransferazın qanda miqdarının çox olması, qaraciyər zədələnməsi və xəstəlikləri başda olmaqla,AST fermenti mövcud olan ürək, beyin, böyrək və əzələlərinin zədələnməsinin də   əlaməti ola bilər. Bəzi hallarda qaraciyərin həddindən artıq yükləndiyini göstərən yüksək AST, insanın həddindən artıq zəhərli maddələrin təsirlərə məruz qaldığını da göstərə bilər. Aspartat Aminotransferaz testinin nəticələri adətən  digər qaraciyər testləri ilə birlikdə aparılmalı və qiymətləndirilməli olsa da, norma hüdudlarından yüksək olması aşağıdakı vəziyyətlərin göstəricisi ola bilər:

  • Qaraciyər xərçəngi
  • xroniki hepatit
  • serroz
  • öd yollarında meydana gələn tıxanıqlıqlar
  • travmalar,
  • qaraciyər yağlanması,
  • kateterizasiya və angioplastika,
  • sinir-əzələ xəstəlikləri
  • həddindən artıq isti və  gün vurması halları
  • Ürək əməliyyatı və ya infarktdan qısa müddət sonra AST səviyyəsi bir qədər artır
  • Ağır idman hərəkətləri
  • hamiləlik
  • cərrahi əməliyyatlar
  • yanıqlar
  • qıcolmalar
  • ağır əzələ yaralanmalarına
  • sepsis
  • hemolitik anemiya
  • mədə və bağırsaq qanamaları
  • orqan çatışmazlığı
  • çölyak xəstəliyi
  • ürək və ya skelet əzələlərində iltihab xəstəlikləri
  • piylənmə
  • Wilson xəstəliyi

AST -nin normadan aşağı olması 

 

Bədəndə qida maddələrinin çevrilməsində və yağların həzm edilməsində əhəmiyyətli bir yerə sahib olan qaraciyər qarın yuxarı sağ küncündə yerləşir

Qan laxtalanması üçün vacib olan zülalların istehsalından əlavə, zəhərli maddələrin parçalanmasına və bədəndən xaric olmasına imkan yaradan qaraciyərin bu funksiyaları sağlam bir şəkildə yerinə yetirməsini təyin etmək üçün bəzi laborator müayinələr ehtiyac duyulur ki,bu  testlərdən biri də Aspartat Aminotransferaza (AST) analizidir.

AST nəticələrinin normadan aşağı olmasını aşağıdakı kimi sadalaya bilərik:

  • Bəzi böyrək xəstəlikləri
  • Sidik cövhərinin qanda miqdarının çox olması
  • Diabetik ketoasidoz olaraq adlandırılan şəkər koması
  • Hamiləlik
  • B6 vitamin çatışmazlığı
  • Həddindən artıq qidalanma pozuntuları zamanı

Sağlamlığnızı qorumaq üçün rutin olaraq müayinələrdən keçmək mütləqdir .

AST analizi üçün ac qarına yaxınlaşmaq lazımdır.

ASTanalizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi