Medical information

Asthma: Causes, Symptoms, and Treatment

Astma xəstəliyi, tənəffüs yollarının xroniki iltihabı nəticəsində daralması ilə müşayiət olunan və təkrarlanan tutmalarla özünü göstərən bir vəziyyətdir. Bu xəstəlik zamanı nəfəs darlığı, öskürək və xırıltı kimi hallar yaşanır. Astma həm uşaqlarda, həm də böyüklərdə həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Buna görə də xəstəliyin mahiyyətini anlamaq və vaxtında doğru addımlar atmaq vacibdir.

Astma Nədir və nədən yaranır?

Astma, nəfəs yollarının toz, soyuq hava və ya fiziki hərəkət kimi müxtəlif təsirlərə qarşı həddindən artıq həssas olmasıdır. Bu təsirlər nəticəsində nəfəs boruları (bronxlar) qısa müddətə qıcolur (daralır), selik ifrazı (balğam) artır və nəfəs almaq çətinləşir. Astma xəstəliyi daimi nəzarət tələb edən xroniki (uzun müddətli) bir haldır.

Xəstəliyinin Əsas Səbəbləri

Astma xesteliyi həm genetik (irsi), həm də ətraf mühit faktorlarının birgə təsiri nəticəsində yaranır. Əsas risk faktorları bunlardır:

  • Genetik meyllilik: Ailədə astma və ya allergiya hekayəsinin olması riski artırır.
  • Allergenlər: Ev tozu gənələri, bitki polenləri, heyvan tükü və kif göbələkləri tutmaları tətikləyə bilər.
  • Tənəffüs yolu infeksiyaları: Uşaqlıqda keçirilmiş ağır respirator infeksiyalar astma riskini yüksəldir.
  • Qıcıqlandırıcılar: Siqaret tüstüsü, kəskin qoxular, hava çirkliliyi və soyuq hava.

Səbəblərin dəqiq təyin olunması müalicənin düzgün aparılması üçün vacibdir.

Astma Xəstəliyinin Əlamətləri

Astma xesteliyinin elametleri adətən tutma şəklində özünü göstərir və şiddəti fərqli ola bilər. Əsas elametleri aşağıdakılardır:

  • Nəfəs darlığı: Xüsusilə fiziki aktivlik zamanı və ya gecə saatlarında artan boğulma hissi.
  • Xırıltılı tənəffüs: Nəfəs verərkən fitəbənzər səsin eşidilməsi.
  • Öskürək: Əsasən gecə və səhər saatlarında güclənən quru və təkrarlanan öskürək.
  • Döş qəfəsində sıxılma hissi: Sinədə təzyiq və ağırlıq hissi.

Bu əlamətlər sizdə və ya yaxınlarınızda müşahidə edilərsə, dəqiq diaqnoz üçün həkimə müraciət etmək şərtdir.

Astmanın Diaqnozu və Müalicə Üsulları

Xəstəliyin diaqnozu həkim müayinəsi və xüsusi tənəffüs testləri ilə qoyulur. Spirometriya kimi funksional astma testi ağciyərlərin fəaliyyətini qiymətləndirməyə və xəstəliyin dərəcəsini təyin etməyə imkan verir. Xesteliyinin mualicesi xəstəliyin şiddətindən və xəstənin fərdi ehtiyaclarından asılıdır. Müalicə əsasən iki istiqamətdə aparılır:

  • Qoruyucu (baza) müalicə: Tənəffüs yollarındakı iltihabı nəzarətdə saxlayan və tutmaların qarşısını alan dərmanlar.
  • Simptomatik müalicə: Tutma zamanı nəfəs almağı asanlaşdırmaq üçün istifadə edilən təcili yardım dərmanları (inhalyatorlar)

Astma xesteliyinin mualicesi daimi həkim nəzarəti tələb edir. "Sağlam Ailə"də hər bir pasiyent üçün fərdi müalicə və izləmə proqramı tərtib edilir, bu da xəstəliyi effektiv şəkildə idarə etməyə və yüksək həyat keyfiyyətini qorumağa imkan yaradır. 

Would you like us to call you?

Name Surename

Mobile Number