Tibbi məlumatlar

Beyninizi qoruyun!

 

Beyin sağlamlığı ilə qidalanma arasında birbaşa əlaqə vardır. Beynin sağlam yaşlanması üçün başda Omega3 olmaqla vitamin E, vitamin C, B12 vitaminlərinin qidalanmamızda yer alması çox vacibdir. Orqanizmimiz tərəfindən sintez olunmayan Omega3 və Omega6 çox doymamış yağlar mütləq qidalanma ilə orqanizmə daxil olmalıdır. Qoz , kətan toxumu, soyuq su balıqları Omega3 mənbəyi olaraq xüsusi ilə vacibdir.

Beynimizi qorumaq üçün ehtiyac duyulan vitaminlər hansılardır?

E vitamini: ən yaxşı E vitamini mənbəyi tərkibində doymamış yağ turşuları olan bitgi  yağları, toxumlar, qabıqlı quru meyvələr , buğda, yulaf kimi qidalardır. Yeməklərdə, xüsusi ilə onun bişirilməsi zamanı qidanın tərkibində olan E vitamini azalır. Qulançar, avakado, çiyələk, böyürtgən, yaşıl tərəvəzlər və kartof istifadə edə biləcəyimiz E vitamini mənbələridir.

C vitamini: itburnu, yaşıl və qırmızı bibər, sitrus meyvələr, kartof və pomidorun tərkibində olan suda əriyən bir vitamindir. C vitamini bəzi qida maddələrinin orqanizm tərəfindən istifadəsinə kömək edir

B12 vitamini: Mərkəzi sinir sistemi funksiyaları üçün vacib olan bu vitamin müxtəlif mexanizmlərlə insanın duyqularını tənzimləyir. Eksikliyi zamanı depressif hallar, mental çaşqınlıq, şiddətə meyillilik, yorğunluq və paranoid psixoz kimi neyropsixoloji pozuntular meydana çıxa bilir.

Fol turşusu yaddaşı gücləndirir: beynin inkişafı ana qarnındaykən başlayır. Ananın hamiləlik boyunca mütəmadi və sağlıqlı qidalanması beynin inkişafı baxımından xüsusi yerə sahibdir. Əsas olaraq hamiləlik zamanı ananın fol turşusunu yetərli miqdarda qəbul etməsi, uşaq beyninin yaddaş hüceyrələri üçün çox vacibdirş Alzheimer və digər yaddaş problemləri riskinə qarşı fol turşusu ilə zəngin olan lobya, noxud, ispanaq, çuğundur, limon və portağal kimi qidalar istifadə edilməlidir.

Kifayət qədər banan, yağsız süd və qatıq istifadə edin:

Yaddaş və zəkanın inkişafı baxımından  tərkibində B vitamini olan qidalar ilk sırada yer alır. B vitamini xüsusi ilə beyin və sinir sisteminin sağlamlığını qorumaq baxımından xüsusi əhəmiyyətə sahibdir. Belə ki, B vitamini çatışmazlığında depresiya, əl və ayaqlarda yanma, qısa müddətli yaddaş itgisi, unutqanlıq və əsəbilik görülə bilir. Ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və quru paxlalılar B vitamini baxımından zəngin qidalardır.

Unutqanlığa qarşı balıq yeməyi unutmayın

Omega3 turşusu baxımından zəngin olan balıq, beyin funksiyalarının daha düzgün çalışmasına kömək edir. Omega3 beyin üçün daha çox oksigen tədarük edərək, köhnə bilgiləri xatırlamağa kömək edir. Balıq tərkibində olan zülal və amin turşularla beyin təbəqəsinin ehtiyacı olan mayeyi qarşılayaraq yaddaşı gücləndirir. Əlavə olaraq balıq yemək stress altında daha tez üşünməyə kömək edir.

Yumurta ilə beyninizi yeniləyin

Beynin əlaqə sistemi olan neyrotransmitterləri dəstəkləyən xolin maddəsi bir növ  B vitamidir. Xolin əlavə olaraq beyin hüceyrələrinin istehsalında da rol oynayır. Aparılan araşdırmalara görə yumurta xolin baxımından ən zəngin qidadır. Əlavə olaraq yer fıstığı, balıq, yaşıl yarpaqlı tərəvəzlər, soya və kətan toxumu da xolin baxımından zəngin mənbələrdir. Bundan əlavə olaraq yumurtanın tərkibindəki amin turşular , hüceyrə funksiyaları ilə əlaqə yaradaraq zehni və nevroloji pozuntuların qarşısını almaq üçün neyrotransmitterlərin tarazlığını qoruyur.

Badamla beynin yaşlanmasını dayandırın

E vitamini beyində yaşlanma ilə meydana gələ biləcək geriləməni dayandırır. E vitamini baxımından zəngin olan badam beyinin yaşlanmasını yavaşlatdığı kimi, onun inkişafı və sağlamlığı üçün bir çox elementi tərkibində daşıyır. Badamla yanaşı, qoz, fındıq,kaju, yer fıstığı, susam, kətan toxumu da beynin sağlamlığı baxımından istifadə olunmalı qidalardır.

Üzüm: son illərdə aparılan araşdırmalar üzümün dofamin ifrazını artıraraq məslələri həll etmə qabiliyətini inkişaf etdirdiyini göstərdi. Bununla yanaşı bor ilə zəngin olan üzüm, beyin sağlamlığı baxımından istifadə olunmalı qidalar arasındadır. Bor istehlakının konsentrasiya və yaddaşı artırdığı bilinən bir faktdır. Üzümdən əlavə alma və fındığın tərkibində də bor var.

Qoz: Melatonin beyin vəzləri tərəfindən ifraz olunan bir hormondur. Bu hormon yuxunu kontrol edən müxanizmdə rol alır və eyni zamanda qüvvətli antioksidant xüsusiyətinə sahibdir. Qozun tərkibinə melatoninin insan orqanizmində istifadəyə hazır forması daxildir. Melatonin gecə çalışan və ya zaman fərqinə görə yuxu problemləri yaşayan insanların narahatçılıqlarını ortadan qaldırır. Bu hormon ifraz yaş artdıqca azalır və bu azalma sadəcə yuxu pozğunluğu deyil eyni zamanda antioksidant əksikliyi ilə başqa xəstəliklərin yaranmasına da səbəb olur. Qoz eyni zamanda zəngin Omega3 mənbəyidir. Ürək damar və sinir sisteminə zərər verən Parkinson və Alzheimer kimi qüvvətli xəstəliklərin qarşısını ala biləcəyi və ya gecikdirə bilmə ehtimalları vardır.

 

Beyin sağlamlığı üçün bunları edin

  • Beynin sevmədiyi ən önəmli şey oksigensiz çirkli havadır. Bu səbəblə böyük şəhərlərdə yaşayan insanların açıq havada və ağaclıq çox olan ərazilərdə ya da dəniz sahillərində nəfəs çalışmaları edərək beyinlərini oksigenlə doydurmalıdırlar
  • Tarazlı qidalanma
  • Təzyiqi normada saxlamaq
  • Siqaretdən uzaq durmaq
  • Spirtli içki beyin hüceyrələrini uyuşdurur və metabolizmini pozur.
  • Qan yağları, xolesterin kimi yağlar damarlarda tıxnıqlığa səbəb olaraq beynin qidalanmasını poza bilir
  • Yuxu – hər gün 6-8 saat arası yataraq beynin ehtiyacı olan istirahəti ona verə bilərsiniz
  • Hər gün etdiyiniz rutin işlərdə dəyişiklik edin
  • Tapmaca , krasvord həll edin
  • İnsanlarla müxtəlif mövzularda müzakirələr aparın

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi