Bruselyoz insanlara mal-qara, qoyun, keçi, donuz və it kimi heyvanlardan keçən bir xəstəlikdir. Patogen bakteriyalar bədənə yoluxmuş heyvanın əti, südü, sidiyi və ya nəcisi ilə birbaşa təmas yolu ilə keçir. Bu səbəbdən heyvanlarla və ya çiy ətlə işləyən fermerlər, baytarlar və qəssab işçiləri xüsusilə risk altındadır. Bruselyoz riskini azaltmaq üçün çiy ət və pasterizasiya olunmamış süd məhsullarının istifadəsindən çəkinmək lazımdır. Heyvanlarla və ya onların ətləri ilə işləyərkən qoruyucu geyim və ya əlcək geyinmək də vacibdir.
Bruselyoz necə ötürülür?
Bruselyoz insanlara yoluxmuş heyvan və ya heyvan məhsulu ilə təmas zamanı yoluxur. Xəstəliyin insandan-insana keçməsi çox nadirdir. Lakin ana südü ilə anadan körpəyə keçə bilər.
Bruselyoz əsasən;
- Pasterizə olunmamış süd və ya az bişmiş ət kimi xəstə heyvanların qidası;
- Dəridə kəsiklər və cızıqlar kimi açıq yaralardan xəstə heyvanın əti ilə təmas;
- Yoluxmuş heyvan mayelərinin gözə düşməsi zamanı ötürülür.
İnsanlarda bruselyoza ən çox səbəb olan 4 bakteriya qrupları aşağıdakılardır:
- B. Abortus- Mal-qaradan yoluxur. Adətən yüngül və ya orta dərəcədə simptomlara səbəb olur, lakin xroniki olma ehtimalı yüksəkdir.
- B. Melitensis- Qoyun və keçilərdən keçir. Əlilliyə səbəb ola biləcək qəfil və ağır simptomlarla özünü göstərə bilər.
- B. Suis.- Vəhşi donuzlarda rast gəlinən bu növ Brusella infeksiyasına ən çox səbəb olan bakteriya növüdür. Müxtəlif orqanlarda abses şəklində infeksiya sahələrinə səbəb ola bilər.
- B. Canis- Bu tip bakteriyalara yoluxma itlərdən yayılır. Simptomları B. abortus infeksiyasına bənzəyir. Lakin, qusma və ishal da bu əlamətlərə qoşulur.
Bruselyoz xəstəliyi üçün risk qruplarına kimlər daxildir?
Bruselyoza qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Aşağıda qeyd olunan risk qruplarındakı şəxslərin Bruselyoz xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir:
- İnəklərdən, keçilərdən və ya bakteriyalara yoluxmuş digər heyvanlardan pasterizə olunmamış süd və süd məhsulları ilə qidalananlar;
- Pasterizə olunmamış pendir ilə qidalananlar;
- Brusella infeksiyasının çox yayıldığı bölgələrə gedənlər;
- Ət emalı zavodunda və ya kəsim məntəqəsində işləyənlər;
- Təsərrüfat işçiləri;
- Mikrobioloqlar.
Bruselyoz xəstəliyinin əlamətləri var?
Brucellaya yoluxmuş şəxslərin təxminən 90% -də heç bir simptom olunmur və ya çox yüngül simptomlara rast gəlinir. Bu qrup xəstələrin diaqnozu yalnız şübhəli vəziyətdə qandakı bakteriyalara qarşı əkscisimlərin müayinəsi ilə qoyula bilər. Digər 10% hallarda müxtəlif simptomlar görülür. Xəstəlik zamanı rast gəlinən ümumi simptomlar spesifik olmamaqla yanaşı bakteriya orqanizmə daxil olduqdan 5-30 gün sonra meydana gəlməyə başlayır.
Bruselyoz əlamətləri ümumi simptomları aşağıdakılardır:
- Yüksək hərarət (Bu ən çox rast gəlinən simptomdur və adətən günortadan sonra yaranmağa meyllidir)
- Kürək və bel nayihəsində ağrılar
- Əzələ ağrıları
- Ümumi bədən ağrısı
- Anoreksiya
- Çəki itkisi
- Baş ağrısı
- Gecə tərləmələri
- Zəiflik
- Qarın ağrısı
Xəstəliyin simptomları zaman-zaman tamamilə yox ola, hətta xəstənin həftələr və ya aylar ərzində şikayəti olmaya bilər. Bəzi şəxslərdə xəstəlik xroniki hala keçir və simptomlar müalicədən sonra da illərlə davam edir. Xroniki bruselyozda artrit (oynaq iltihabı), spondilit (bel oynağının iltihabı), endokardit (ürəyin iltihabı) kimi daha ciddi xəstəliklər yarana bilər.
Bruselyoz xəstəliyi diaqnozu necə qoyulur?
Bruselyoz bəzi hallarda simptomsuz olduğundan və ya simptomlarının yüngül olması səbəbindən, eyni zamanda simptomlar bakteriyanın növünə görə dəyişiklik göstərdiyindən diaqnozunun qoyulması çətindir. Simptomlar spesifik olmadığından xəstəliyin aşkar olunması gecikə bilir.
Fiziki müayinədə ;
- Qaraciyər və dalaq böyüyür.
- Limfa düyünləri şişkinləşir.
- İzah oluna bilməyən hərarət qalxır.
- Oynaqlarda şişlik və həssaslıq müşahidə olunur.
- Dəri quruyur.
Bunlardan əlavə diaqnozun qoyulması üçün müxtəlif analizlər aparılır.
- Qanın bakterioloji müayinəsi
- Sidiyin bakterioloji müayinəsi
- Likvorun bakterioloji müayinəsi
- Qanda əkscisimlərin müayinəsi.
- Qanda infeksiyaya səbəb olan bekteriyaya qarşı orqanizm tərəfindən əkscisimlər yaranır. Brusella IgG,Brusella IgM analizləri bu əkscisimlərin yaranmasını təyin etmək məqsədilə aparılır və xəstəliyin diaqnozu üçün əsas testlər siyahısına daxildir.
Bruselyoz və digər suallarınızla bağlı eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.