Tibbi məlumatlar

COVİD-19 xəstəliyi zamanı qoxu və dad itkisi

2019-cu ilin dekabr ayında aşkar edilmiş Koronavirus, COVID-19 (CoronaVirus Disease 2019) SARS-CoV-2 virusu tərəfindən törədilən və bu virusun yeni ştammı nəticəsində yaranan kəskin respirator xəstəlikdir. Xəstəlik, immun sistemi zəif insanlar, xüsusilə yeni doğulmuşlar, uşaqlar, yaşlılar, hipertenziya, şəkərli diabet və tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar üçün daha çox təhlükəlidir.

Virus orqanizmə daxil olduqdan sonra yuxarı və aşağı tənəffüs orqanlarının epitelisində çoxalmağa başlayır. Nəticədə alveositlərin (ağciyərdə yerləşən hüceyrələr) diffuz zədələnməsi və pnevmoniya müşahidə olunur. Eyni zamanda, hüceyrə membranlarının keçiriciliyi artır, interstisial və alveolyar ödem inkişaf edir, alveolların dağılması baş verir. Bununla da, normal qaz mübadiləsi prosesi pozulduğu üçün kəskin respirator distress-sindrom (nəfəsalmanın çətinləşməsi) inkişaf edə bilər. İnfeksiyaya yoluxduqdan sonra iki həftə ərzində əsas COVID-19 simptomlarını - qızdırma, öskürək, nəfəs darlığı, ishal müşahidə etmək mümkündür. Digər simptomlar arasında isə burun axması, iybilmə qabiliyyətinin itməsi, baş ağrısı, zəiflik və ürəkbulanma var.

Dad və qoxu itkisi nədir?

Burundakı qoxu hüceyrələrindən qoxu; Dad isə ağız və boğazın dad tumurcuqlarında olan hüceyrələr vasitəsi ilə baş verir. Hər iki hüceyrə növü 60 yaşdan sonra təbii olaraq azalır. Əlavə olaraq, istənməyən kilo itkisi, pis yemək vərdişləri və depressiya kimi səbəblərdən qoxu və dad itkisi ola bilər.

Ən çox yayılmış qoxu və dad pozğunluqları bunlardır:

  • Anosmiya: qoxu hissinin itirilməsi
  • Ageusia: dad hissinin itirilməsi
  • Hiposmiya: qoxu hissinin azalması
  • Hipoqeuziya: Şirin, turş, acı və ya duzlu maddələrin dadının azalması

Qoxu və dad hissinin itirilməsi adi bir xəstəlik deyil. Digər xəstəliklərdə qoxular və dadlar səhv hiss edilə və ya təhrif edilə bilər. Normal dad və ya xoş qoxu verən bir maddədən pis qoxu və ya dad hiss etməyinizə səbəb ola bilər. Bu xəstəliklər həyat keyfiyyətinizə təsir edir və digər sağlamlıq problemlərindən asılı olaraq ciddi xəstəliklərin xəbərçisidir.

Qoxu və dad bilməmənin yaşandığı ciddi sağlamlıq problemlərindən biri də, gündəmimizdəki xəstəlik olan yeni koronavirus (COVİD-19) infeksiyasıdır. Koronavirus epidemiyası başlayandan bəri xəstəliyin çox müxtəlif simptomları müəyyən edilmişdir. Araşdırmalar, koronavirus infeksiyası olan insanların çoxunun qoxu və dad itkisi yaşadığını göstərdi. Burunu açıq qoxuya bilməmək, kəskin qoxu pozğunluğu və dad itkisi koronavirusun əlamətlərindəndir. Bu simptomlar koronavirusun digər simptomlarını müşayiət edə bilər və ya tək başına özünü göstərə bilər.

Dad və qoxu itkisinin əlamətləri nələrdir?

Dad və qoxu itkisi simptomları, qoxu və ya dad hiss edə bilməməkdən, şirin, turş, acı və ya duzlu maddələrin qoxu və ya dadmaq qabiliyyətinin azalmasına qədər dəyişə bilər. Bəzi hallarda normal olaraq xoş ətirlər və ya qoxular pis kimi hiss oluna bilər.

Koronavirus xaricində Dad və Qoxu itkisinin səbəbləri nələrdir?

Bəzi insanlar bu xəstəliklərlə doğula bilsələr də, dad və qoxu itkisinin çoxu aşağıdakılardan qaynaqlanır.

  • Xəstəlik (məsələn, soyuqdəymə və ya qrip, sinus infeksiyası və allergiya)
  • Baş-beyin travması
  • Hormon dəyişiklikləri
  • Diş və ya ağız problemləri
  • Burun polipləri
  • Bəzi kimyəvi maddələrə məruz qalma
  • Bəzi dərmanlar
  • Baş və ya boyun xərçəngində terapevtik şüalanmaya məruz qalma
  • Kokain istifadəsi
  • Siqaret çəkmək

Koronavirusda dad və qoxu itkisi

Koronavirus epidemiyası başlayandan bəri, infeksiyadan əziyyət çəkən bir çox insanın qoxu və dad hissini itirdiyi məlum olub. Ancaq problem yalnız ağır xəstələrdə deyil. Daha yüngül koronavirus infeksiyası olan insanlar arasında ümumi və hətta "kardinal" bir simptom kimi görünür. Kardinal əlamətlər diaqnozun qoyulmasının əsas əlamətləridir.

Yüngül və orta dərəcədə koronavirus infeksiyası olan Avropa xəstələri üzərində edilən bir araşdırmada, xəstələrin 86% -i qoxu hisslərində problem olduğunu bildirdi. Bundan əlavə, dad mənasında da dəyişikliklər oldu.

Soyuqdəymə və respirator viruslar bəzən qoxu itkisinə səbəb ola bilər. Məlumdur ki, anosmiya adlanan qoxu itkisi dad hissinin azalmasına səbəb olur. Ancaq koronavirusun dad hissinə birbaşa təsir etməsi də mümkündür.

Dad və qoxu itkisi koronavirusda nə vaxt bitir?

Aparılan araşdırmalar 27% xəstələrdə qoxu hissinin 1 həftə ərzində yaxşılaşdığını , ilk 10 gün içində isə daha yaxşı olduğunu müəyyənləşdirmişdir.

Koronavirus xəstələrinin çoxu dad və qoxu itkisini tamamilə aşa bilsə də, bəzi xəstələrdə dad və qoxu itkisi qalıcı ola bilər. Bəzi xəstələr qoxu alma funksiyasını qismən bərpa edə bilərlər. Bu simptomun çox yaygın olması narahatlıq doğurur. Çünki qoxu itkisi heç də nəzərə alınmayan bir problem deyil və gündəlik həyatı mənfi təsir edir.

Koronavirus infeksiyasından sonra dad və qoxu hisslərinizi bərpa etmək üsulları

Yoluxduqdan sonra qoxu hissini bərpa etməyə kömək edəcək xüsusi dərmanlar yoxdur. Ancaq qoxu təlimi müsbət təsir göstərə bilər.

Qoxu təlimim, qoxu hisslərinizi bərpa etməyə və ya heç olmasa yaxşılaşdırmağa kömək edəcəkləri ümidi ilə özünüzü bir müddət güclü qoxulara məruz qoyma prosesidir. Gül, okaliptus, limon və qərənfil kimi güclü qoxular tövsiyə oluna bilər.

Soyuqdəymə və qripin dad və qoxu itkisi varmı? Koronavirusda qoxu itkisindən fərqləri

Avropalı tədqiqatçılar, koronavirusu müşayiət edə biləcək qoxu itkisinin bənzərsiz olduğunu və soyuqdəymə və ya qripdən əziyyət çəkənlərdən fərqli olduğunu söyləyirlər. Koronavirus xəstələrində qoxu itkisi ani və şiddətli olur. Bu infeksiya, burun tıxanıqlığına səbəb olmadan beyinə və sinir sisteminə daxil olaraq qoxu itkisinə səbəb ola bilər.

Koronavirusda görülən hiss itkisini fərqləndirən başqa bir vəziyyət, "əsl" dad itkisidir. Qoxu hissinin pozulması səbəbindən dad da bir qədər pozulur. Dad itkisi yaşayan koronavirus xəstələri acı ilə şirin arasındakı fərqi deyə bilmirlər.

Mütəxəssislər, koronavirusun qoxu və dad hissi ilə birbaşa əlaqəli olduğunu və bunu sinir hüceyrələrinə təsir edərək etdiyini bildirirlər.

Ani qoxu və ya dad itkisi ilə qarşılaşsanız, Covid-19-dan şübhələnməlisiniz. Koronavirusun digər ümumi simptomları yüksək hərarət, yeni və davamlı öskürək və yorğunluqdur.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi