Əgər özünüzdə Covid-19-un simptomlarını hiss edirsinizsə, Covid-19-la bağlı testlərdən keçmək üçün Sağlam Ailə Tibb Mərkəzinin laboratoriyasına müraciət edə bilərsiniz. Sağlam Ailə laboratoriyası ilin 365 günü saat 24 saat xidmət göstərir və Covid-19 la bağlı verdiyiniz test nəticələri 1 gün ərzində hazır olur.
Müayinəyə yaxınlaşmadan öncə onlayn qeydiyyatdan keçməkvə ətraflı məlumat üçün (012) 910 nömrəsi ilə əlaqə saxlaya və ya (055) 220 09 10 Whatsapp nömrəsinə yaza bilərsiniz.
Nəzərinizə çatdıraq ki, Sağlam Ailə laboratoriyasının uçuşlar üçün Covid test nəticələri Azərbaycan hava yollarının uçduğu bütün istiqamətlərdə keçərlidir.
“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” təsdiq edilmişdir. Qaydalara əsasən, uçuşa hazırlaşan sərnişinlər uçuşdan əvvəl mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər. Uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar.
Uçuşlar üçün Covid-19 testi ilə bağlı Onlayn qeydiyyat üçün tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsi
- Bilet nömrəsi
- Ümumvətəndaş pasportu
Onlayn qeydiyyatdan keçən zaman öncədən Sizin üçün təyin olunmuş saatda müvafiq mərkəzimizə yaxınlaşacaq və qeydiyyat üçün növbə gözləmədən müayinədən keçəcəksiniz.
Müayinə üçün tələblər:
Sizin üçün təyin olunmuş saatda COVID-19 testi üçün klinikaya gələn zaman acqarına olmağınız və ya son qida, maye qəbulundan 2-3 saat keçməsi tövsiyə olunur.