Tibbi məlumatlar

Estradiol nədir?

Estradiol (E2) steroid quruluşlu  estrogen hormonudur. Normal hormon səviyyəsi olan qadınlarda rast gəlinən əsas cinsi hormondur. Bəzən  17 beta estradiol da adlandırılır. İnkişaf etməkdə olan yumurtalıq follikullarında ifraz olunan estradiol; uşaqlıq, uşaqlıq  boruları və vaginanın inkişafına kömək edir. Menstruasiya dövrünün tənzimlənməsində mühüm rol oynayır. Qadınlarda olan əsas cinsi hormondur. Bununla birlikdə, kişilərdəki bəzi funksiyalar üçün də istifadə olunur.

Qanda olan estradiol səviyyəsi, qadın və kişi reproduktiv sisteminin inkişafına təsir edir. Qadınlarda reproduktiv, yetişkənlik və menopauza dövrlərini kontrol etmək üçün bu analizin nəticəsinə baxılır.

Anormal dərəcədə yüksək və ya aşağı E2 nəticələri aşağıdakı orqan və ya funksiyalara təsir edə bilər:

  • Uşaqlıq yolu
  • Uşaqlıq boruları
  • Qadın cinsiyyət üzvləri
  • Süd vəziləri
  • Qadın xarici reproduktiv orqanları
  • Bədən yağının paylanması
  • Sperma hüceyrələri
  • Cinsi funksiyanın zəifləməs

Estradiol qadınların sümük və oynaq sağlamlığı üçün də vacib funksiyalara malikdir. Bədəndəki yağ paylanmasından qadınlar üçün bu hormon əhəmiyyətli rola malikdir.

Estradiol analizi nə zaman istək olunur? 

 

Estradiol analizi tək başına diaqnoz üçün yetərli deyil. Lakin sonrakı müayinələrin təyin olunmasında yol göstərə bilər.

Aşağıdakı vəziyyətlərin  səbəblərini araşdırmaq  üçün estradiol testi istək  edilə bilər:

  • Yumurtalıqların, plasentanın və ya böyrəküstü  vəzlərin işini qiymətləndirmək
  • Qadın və kişilərdə fərqlilik göstərən qoltuqaltı tüklərin böyüməsi, süd vəzilərin inkişafı kimi ikincili cinsi xüsusiyyətlərdə anormal inkişaf
  • Anormal menstruasiya
  • Amenore (Menstruasiya yoxdur)
  • Anormal vaginal qanaxma
  • Postmenopauzaal qanaxma
  • Qadınlarda sonsuzluq
  • Yüksək temperatur, gecə tərləmələri və nizamsız menstruasiya kimi premenopauzal simptomlar
  • Menstruasiya qanamasının tamamilə dayandırıldığı və menopauza əlamətlərinin göründüyü vəziyyətlər
  • Qadın və ya kişi cinsi xüsusiyyətlərinin normal inkişaf etmədiyi şəxslərdə
  • Yumurtalıqların şişi. Yumurtalıq şişinə işarə edən simptomlar varsa, E2 səviyyələrini yoxlamaq olar.
  •  Yumurtalıqların funksiyasının azalması (yumurtalıq hipofonksiyası)
  • Erkən və ya gec yetkinlik. Uşaqların yetkinlik yaşına gözləniləndən daha erkən və ya daha gec daxil olduğu düşünülürsə, estradiol testi təyin oluna bilər. Normal estradiol səviyyəsindən daha yüksək olması yetkinliyin daha erkən başlandığını göstərir. Bu, erkən yetkinlik olaraq bilinən bir vəziyyətdir.
  • Kişilərdə yüksək estrogen səviyyəsinin səbəbini təyin etmək üçün 
  • Menopauzadakı qadınlarda hormonal müalicənin gedişatının izlənməsi
  • Sonsuzluq müalicəsi olan qadınlarda müalicənin gedişatının izlənməsi

Estradiol hormonu yüksəlməsinin səbəbləri nələrdir?

 

Estradiol yüksəlməsi adətən hormonun ən çox ifraz olunduğu yumurtalıqlarda artıq hormon istehsalına səbəb olan bir problem olduğunu göstərir. Qanda estradiol səviyyəsi endometrioz və qadın reproduktiv orqanlarının xərçəngləri daxil olmaqla bir çox ginekoloji problemdə arta bilər. Estradiol yüksəlməsinə səbəb ola biləcək bəzi şərtlər bunlardır: 

  • Erkən yetkinlik
  • Yumurtalıqlarda və ya xayalarda  şişlər
  • Böyrəküstü vəz şişləri
  • Süd vəzi xərçəngi
  • Kişilərdə süd vəzilərinin böyüməsi (ginekomastiya )
  • Həddindən artıq aktiv tiroid vezi zamanı-hipertiroidizm
  • Hamiləlik
  • Qaraciyər serrozu və ya ağır qaraciyər xəstəliyi. Qaraciyərin disfunksiyası hormonun xaric olmamasına və qanda səviyyəsinin artmasına səbəb olur.

Estradiolun miqdarının qanda az olmasının səbəbləri nələrdir?

 

Adətən estradiolun qanda az olması yumurtalıqların funksiyasını düzgün yerinə yetirmədiyini göstərir. Buna səbəb olan vəziyyətləri aşağıdakılar kimi sadalaya bilərik:

  • Klimaks və ya menopauza. Menopauza zamanı və sonrasında qadının bədənində yavaş-yavaş daha az estrogen və estradiol əmələ gəlir və bu menopauza zamanı müəyyən simptomların yaranmasına səbəb olur. Estradiol səviyyəsinə baxaraq, insanın menopauzaya girməyə hazır olub olmadığını və ya hazırda keçid mərhələsində olmağını təyin etmək olar.
  • Turner sindromu. Qadınlarda normal olaraq iki X xromosomu var. Turner sindromlu qadınlarda iki deyil, yalnız bir X xromosomu mövcuddur. Turner sindromu genetik bir xəstəlikdir və xəstələrin qanında E2 səviyyəsi az olur.
  • Yumurtalıq çatışmazlığı və ya vaxtından əvvəl menopauza. Yumurtalıqların 40 yaşından əvvəl işləməsi dayandıqda meydana gəlir. Bu vəziyyətə genetik xəstəliklər, toksinlər və ya autoimmun xəstəliklər səbəb ola bilər.
  • Polikistik yumurtalıq sindromu (PCOS). Qadınlarda sonsuzluğun əsas səbəbidir. Çox müxtəlif şikayətlərə səbəb olan bir hormonal xəstəlikdir.
  • Bədənin  yağ nisbətinin az olması
  • Həddindən artıq idman etmək və həddindən az çəkili olmaq
  • Xroniki böyrək xəstəliyi
  • Hipopituitarizm. Hipofiz vəzinin az işləməsidir. Bu vəz, ifraz etdiyi hormonlarla yumurtalıqlardan E2 ifrazını stimullaşdırır.
  • Hipoqonadizm. Yumurtalıqların və ya testislərin kifayət qədər hormon istehsal etmədiyi zaman meydana gələn vəziyyət
  • Gecikmiş yeniyetməlik. Aşağı estradiol səviyyələri gec yetkinliyi göstərə bilər.

Estradiol azlığının simptomları nələrdir?

 

Yetginlik öncəsi qızlarda və menopauzaya yaxınlaşan qadınlarda estrogen azlığına bağlı olaraq görünən simptomlar daha çox rast gəlinir. Estrogen və estradiol səviyyərərinin qanda az olmasının yaratdığı simptomlar bunlardır:

  • Yorğunluq
  • Zəiflik
  • Depressiya əhval-ruhiyyəsi
  • Diqqət yayınması problemləri
  • Tez-tez sidik yolu infeksiyaları
  • Menstural tsiklin pozulması
  • Menstruasiya olmamaq
  • Süd vəzilərinin həssaslığı
  • Baş ağrısı
  • Gecə tərləmələri
  • Sümüklərin asan qırılması

Analizə yaxınlaşmadan öncə ,E2 hormonuna təsir edə biləcək dərmanların istifadəsini həkim göstərişi ilə dayandırmaq,menstual tsiklin müəyyən günlərində (adətən 2-5 ci günləri) , stress faktoru olmadan , səhər saatlarında ac qarına yaxınlaşmaq lazımdır.

Estradiol analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi