Ferritin tərkibində dəmirin ilkin formasının toplandığı hüceyrədaxili bir zülaldır. Qana ifraz olunan və qan dövranında dövr edən az miqdarda ferritin orqanizmdə toplanmış ümumi dəmirin göstəricisidir.
Dəmir digər funksiyaları ilə yanaşı sağlam qırmızı qan hüceyrələrinin istehsalı üçün çox vacib element və qida maddəsidir. Orqanizm tərəfindən istehsal oluna bilmədiyindən bədənə qida və ya qida əlavələri ilə daxil olunmalıdır.
Sağlam şəxslərdə, orqanizmə daxil olan dəmirin çox hissəsi hemaqlobin istehsalında istifadə olunur. Geri qalan dəmirin çox hissəsi ferritin və ya hemosiderin olaraq depolanır, az hissəsi isə mioqlobin kimi digər zülalların və bəzi fermentlərin istehsalına istifdadə olunur. Ferritin və hemosiderinin əsasən qaraciyərdə olur lakin həmçinin sümük iliyi,dalaq və skelet əzələlərində də tapılır.
Dəmir səviyəsi orqanizmin ehtiyacını qarşılaya bilməyəcək səviyyədə olduqda, dəmirin miqdarı qanda azalır, dəmir depoları tükənir və ferritin səviyəsi aşağı düşür. Bu aşağıdakı hallarda baş verir:
- Yetərli miqdarda dəmir qəbul olunmadıqda(qida və ya əlavələrlə)
- Çölyak xəstəliyi kimi xəstəliklər nəticəsində qida ilə qəbul olunan dəmirin bağırsaqlar tərəfindən sorula bilməməsi
- Hamiləlik və uşaqlıq dövründə həmçinin xronik qan itirmələr zamanı dəmir ehtiyacının artması
Depolanmış və dövr edən dəmirin yetərsizliyi dəmir defisitli anemiyaya (hemaqlobinin azalması) səbəb ola bilər. Dəmir çatışmazlığının ilkin mərhələsində adətən fiziki əlamətlər görsənmir. Əlamətlər ortaya çıxmamışdan əvvəl dəmir depoları əhəmiyətli dərəcədə boşalmış olur. Sağlam şəxslərdə anemiya uzun müddətə inkişaf edir, simptomlar hemoqlobin səviyyəsi normanın aşağı həddinə çatmadan nadir hallarda biruzə verir.
Nə vaxt ki dəmir defisiti proqressivləşir, simptomlar ortaya çıxmağa başlayır. Dəmir defisitli anemiyada ən çox rast gəlinən simptomlar:
- Yorğunluq
- Zəiflik
- Baş dönməsi
- Baş ağrıları
- Solğun dəri
Əksinə olaraq orqanizmin ehtiyacından çox dəmir bədənə sorulduqda dəmir depoları və ferritin səviyyəsi artmağa başlayır. Çox miqdarda dəmirin orqanizmə sorulması zamanı orqanlarda dəmir birləşmələrinin miqdarı proqressiv olaraq toplanmağa başlayır və orqanların disfunksiyasına və itirilməsinə səbəb ola bilir. Buna misal hemaxromatozu göztərə biklərik. Bu xəstəlik zamanı normal pəhriz saxlanılsa belə orqanizmə həddindən artıq dəmir sorulur. Bunlardan əlavə həddindən artıq qan köçürülmə zamanı da dəmir artıqlığı görülə bilər.
Ferritin analizi nə zaman istək edilir?
Qanın kliniki analizində hemaqlobin və hemotakrit göstəriciləri normadan aşağı olduqda və qırmızı qan hüceyrələri balaca və solğun olduqda digər dəmir analizləri ilə birlikdə ferritin analizi də istək olunur. Klinik simptonlar hələ meydana gəlməsə belə bu göstəricilər dəmir defisiti anemiyasının göstəriciləridir.
Dəmir azlığının əlamətləri olduğu zaman aşağıdakı əlamətlər görülə bilər:
- Yorğunluq
- Zəiflik
- Baş dönməsi
- Baş ağrıları
- Solğun dəri
Ferritin analizi eyni zamanda dəmir artıqlığı zamanı da istək edilir. Dəmir artıqlığı simptomları insandan insana dəyişiklik göstərə bilir və zamanla ağırlaşmağa meyillidir. Bunun səbəbi dəmirin qan və toxumalarda toplanmasıdır. Bunlar:
- Oynaq ağrıları
- Yorğunluq
- Zəiflik
- Enerji azlığı
- Qarın nahiyəsində ağrı
- Orqan zədələnməsi(ürək və qaraciyər kimi)
Dəmir artıqlığını bilmək üçün ferritin ilə yanaşı dəmir bağlayıcı xüsusiyət və transferrin doyma əmsalı analizləri verilməlidir.