Tibbi məlumatlar

Fol turşusu (B9 vitamini) nədir?

Fol turşusu, bədəndə bir çox vacib funksiyanı həyata keçirən , sintetik folat növü olan, suda həll olan bir vitamindir. Təbii olaraq bir çox qidanın tərkibində və müxtəlif əlavələrdə olur. Hüceyrə bölünməsində əhəmiyyətli rol oynaması səbəbindən hamiləlik, uşaqlıq və gənclik kimi sürətli inkişaf dövrlərində kifayət qədər qəbul etmək olduqca vacibdir

Fol turşusunun funksiyası nədir? 

 

Fol turşusu bədənin bir çox fərqli funksiyalarında  rol oynayır. Fol turşusu qırmızı qan hüceyrələrinin yetişməsində, xüsusən hüceyrələrin bölünməsi və müxtəlif hüceyrələrin istehsalı zamanı DNT və RNT-nin çoxalması üçün azotlu üzvi əsasların sintezində mühüm rol oynayır.

Fol turşusuçatışmazlığı həm böyüklərdə, həm də uşaqlarda "makrositik megaloblastik anemiya" olaraq bilinən bir anemiya növünün inkişafına səbəb ola bilər. Orqanizmimiz fol turşusu sintez etmə qabiliyətinə malik deyil, bunun  üçün lazım olan fol turşusunu qidalar və əlavələr vasitəsilə əldə edə bilərlər.

Fol turşusu ilə zəngin qidalarla bağlı linkə keçid edin

Fol turşusunun faydaları nələrdir? 

 

Folatın süni forması olan fol turşusunun faydaları aşağıdakı kimi sadalana bilər:

  • Erkən doğuş və ya anadangəlmə anormal inkişaf qüsuru riskini azaldır. Hamiləlik dövründə düşüklərdən və sinir borusu qüsurlarından qorunmaq üçün kifayət qədər fol turşusu almaq vacibdir.
  • Depressiya riskini azaldır. Tədqiqatlar fol turşusu çatışmazlığının, depressiya riskinin artması və antidepressant müalicəsinə zəif reaksiya ilə əlaqəli ola biləcəyini göstərmişdir.
  • Ürək sağlamlığını qorumağa kömək edir. Fol turşusu əlavələrinin müxtəlif ürək xəstəlikləri ilə əlaqəsi  olan homosistein miqdarının qanda azalmasına  kömək etdiyi göstərilmişdir.
  • Yüksək homosistein səviyyəsi ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqəli olduğundan, bəzi tədqiqatçılar fol turşusu və vitamin B12-nin ürək-damar xəstəlikləri riskini azaltdığını düşünürlər.
  • Fol turşusunun faydalarından ən çox istifadə edildiyi halların başında, hamiləlik istəyən və ya hamiləlik dövründə olan qadınlarda neyroanatomik inkişafla əlaqəli spina bifida (onurğa beyni parçalanması) və anensefaliya (beyin inkişafının olmaması) kimi sinir borusu qüsurlarının qarşısının alınması ön plana çıxır. Bəzi insanlar planlaşdırılmamış hamiləliklərindən xəbərdar ola bilmədikləri üçün reproduktiv yaşda olan qadınlara və hamiləlik planlayanlara fol turşusu əlavə etmələri tövsiyə olunur.

 

Planlaşdırılan hamiləliklərdə, gələcək anaların və ataların bu mövzuda məlumatlandırılması vacibdir, çünki istənilən folat səviyyəsinə çatmaq bəzən 5-6 ay çəkə bilər. Fol turşusu istifadəsi, erkən doğuş riskini azaltdığı da izlənilmişdir.

Fol turşusu çatışmazlığının səbəbləri nədir? 

 

Fol turşusu suda həll olan B vitamini növüdür. Suda həll olması, bədənin yağ toxumalarında saxlana bilməyəcəyi deməkdir. Bədəndə istifadə olunmayan artıq fol turşusu sidik yolu ilə xaric olur.

Bu səbəbdən fol turşusu baxımından zəif qidalanma, bir neçə həftədən sonra qanda miqdarının azalması ilə nəticələnir. Fol turşusu çatışmazlığı səbəbləri kimi aşağıdakıları göstərə bilərik;

  • Çölyak və qısa bağırsaq sindromu kimi həzm sistemi xəstəlikləri,fol turşusunun həzm sistemindəki mənimsənilməsinə mənfi təsir göstərir.
  • Mədə bypass əməliyyatından sonra,
  • Mədə turşusunun çatışmazlığı və ya olmaması
  • Xroniki alkoqolizm (sidiklə atılan folat miqdarı artır),
  • Hemolitik anemiyalar (tələb və təklif tarazlığının pozulması səbəbiylə),
  • Fenitoin, sulfasalazin, trimetoprim-sulfametoksazol və ya metotreksat kimi bəzi dərmanların istifadəsindən sonra,
  • Kifayət qədər təzə meyvə və tərəvəz qəbulunun olmaması
  • Mütəmadi dializə ehtiyac
  • Hamiləlik

Gündəlik qidalar və ya qida əlavələri ilə qəbul edilməli olan fol turşusunun miqdarı, yaşa və qəbul edilmiş folat formasının sorulma  səviyyəsinə görə dəyişə bilər. Sintetik fol turşusu üçün sorulmanın demək olar ki, 100%  baş verdiyi düşünülür. Fol turşusu ilə zənginləşdirilmiş qidalarda sorulma miqdarı təxminən 85%- dir. Təbii olaraq qidalarda olan folat üçün tövsiyə olunan miqdar aşağıdakılardır:

  • Yeni doğulmuşdan 6 aya qədər olan uşaqlar: 65 mikroqram
  • 7-12 aylıq körpələr üçün: 80 mikroqram
  • 1-3 yaş arası uşaqlar: 150 mikroqram
  • 4-8 yaş arası uşaqlar: 200 mikroqram
  • 9-13 yaşlı uşaqlar üçün: 300 mikroqram
  • 14-18 yaş arası uşaqlarda: 400 mikroqram

Yetişkinlər üçün tövsiyə olunan gündəlik folat qəbulu 400 mikroqramdır. Hamilə və süd verən qadınlarda folata gündəlik ehtiyac daha yüksəkdir və bu insanlar üçün gündəlik 500-600 mikrogram folat qəbulu tövsiyə olunur. Prenatal (prenatal hamiləlik) dövrdə həkimlər tərəfindən hamilə qadınlara verilən vitamin əlavələrinin gündəlik tövsiyə olunan fol turşusu dozası vardır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), dölün sinir borusu qüsuru ilə doğulmasının qarşısını almaq üçün hamilə qadınlarda gündəlik 400-800 mikrogram fol turşusu qəbul edilməsini tövsiyə edir. Hamiləliyi izləyən həkimlər tərəfindən hamilə qadınlara təyin olunan dəmir-fol turşusu əlavələrinin tərkibində təxminən 1 milliqram folat var və bu gündəlik ehtiyacın ödənilməsi üçün kifayətdir.

Fol turşusu çatışmazlığının əlamətləri nələrdir? 

 

İnsanlar müxtəlif səbəblərdən fol turşusu çatışmazlığı inkişaf etdikdə bir çox əlamət və simptom ortaya çıxa bilər:

Fol turşusu çatışmazlığından qaynaqlanan anemiya zamanı solğunluq, nəfəs darlığıbaşgicəllənmə kimi əlamətlər olur

Folat çatışmazlığının daha az yayılmış əlamətləri və simptomları aşağıdakılardır:

  • sürətli ürək döyüntüsü (taxikardiya)
  • Sürətli nəfəs alma (taxipneya)
  • Dəridə qızartı və soyma şəklində iltihab
  • Udma zamanı ağrı
  • Dilin hamarlaşması və həssaslığı
  • Xoralar şəklində ağızda yaralr
  • Ağız künclərindəki çatlamalar

Vitamin B12 çatışmazlığının maskalanması

B12 vitamini qırmızı qan hüceyrələrinin istehsalı, ürək, beyin və digər sinir sistemi strukturlarının normal fəaliyyəti üçün vacibdir. Bu vitamin çatışmazlığının fərqinə varmamaq və buna görə müdaxilə edə bilməmək insanın normal beyin funksiyalarınamənfi təsir göstərə və sinir zədələnməsinə səbəb ola bilər.

Vitamin B12 və B9  çatışmazlığı əlamətləri bir birinə bənzədiyindən B12 çatışmazlığı bəzən nəzərdən qaçırıla bilər, bu simptomlar fol turşusu əlavələri ilə bir müddət yox olur. Bu səbəbdən başqa sağlamlıq problemi səbəbindən zəiflik, konsentrasiyada çətinlik və nəfəs darlığı kimi simptomların meydana gəlmədiyi hallarda, şəxsin B12 vitamini səviyyəsi də müayinə edilməlidir.

Yaşlanma ilə əlaqəli yaddaş funksiyalarda azalmanın sürətlənməsi 

 

Bu vitaminin qan dövranında həddindən artıq fol turşusu olan şəxslərdə B12 vitamini çatışmazlığını maska ​​edə bilməsi səbəbindən ortaya çıxan bir başqa sağlamlıq problemi, xüsusilə 60 yaşdan yuxarı insanlarda yaşa bağlı yaddaş funksiyalardakı sürətlə azalmasıdır. Bu hal normal B 12 miqdarı olan insanlarda yaşanmır

Uşaqlarda beyin inkişafının yavaşlaması 

 

Körpələrdə və uşaqlarda yetərli miqdarda folat qəbulu neyro inkişaf baxımından çox vacib bir məsələdir. Bununla birlikdə, kiçik yaş qrupundakı həddindən artıq miqdarda fol turşusu qəbul edən şəxslərdə qan şəkərini tənzimləyən hormon olan insulinə qarşı müqavimət inkişaf edə bilər. Bu yaş qrupundakı fərdlərdə beyin inkişafını ləngidə biləcəyi üçün diqqətli olun.

Hamiləlik zamanı fol turşusu niyə vacibdir? 

 

Hamiləlik və laktasiya dövründə fol turşusuna ehtiyac artır. Bu dövrlərdə ehtiyaclarınızı qida ilə təmin etmək bir az daha çətin olur. Bu səbəbdən, mümkün çatışmazlığın qarşısını almaq üçün fol turşusu əlavəsi qəbul etmək tövsiyə olunur. Kifayət qədər fol turşusu qəbulu sürətlə böyüməyə kömək edir və döldəki sinir borusu qüsurlarının qarşısını alır. Hər hamilə qadının qidalanmadan  əlavə gündə 400 mikrogram (mkq) fol turşusu qəbul etməsi tövsiyə olunur.

Fol turşusu çatışmazlığının səbəb olduğu anemiya

Hamiləlikdən əvvəl, hamiləlik dövründə və sonrasında qidalanma ehtiyaclarına kömək etmək

Uşaq sahibi olmağı planlaşdıran cütlüklər hamiləlikdən əvvəl folat dəstəyi haqqında məlumat almalıdırlar.

B9 analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.azsaytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.

 

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi