Medical information

Follikulit

Folikülit Nədir?
Folikulit, saç follikulunun infeksiyaya uğraması və ya iltihablanması nəticəsində yaranan ümumi bir dəri problemidir.Follikulit bədənin tüklə örtülmüş hər hansı nahiyəsində əmələ gələ bilər,çox təhlükəli olmasa da narahatlıq vericidir. Bu vəziyyət, adətən, sızanağa bənzəyən kiçik qırmızı ləkələr şəklində görünür. 

Folikulitin simptomları

Simptomlar iltihabın növünə,yerləşdiyi hissə və ölçüsünə görə dəyişir.

Ən geniş yayılmış əlamətlər:
Dəri üzərində qızarıqlıqlar və şişkinliklər
Dəridə pis qoxulu axıntı
Qaşıntı və həssaslıq
İltihablı hissədə ağrı

Folikulitin səbəbləri

Folikülit, saç follikülünün zədələnməsi və ya infeksiyaya uğraması nəticəsində yaranır. İnfeksiyaya Staphylococcus aureus kimi bakteriytalar,göbələklər,virus və parazitlər səbəb ola bilər. Bu vəziyyətin bir neçə ümumi səbəbi vardır:

  • Həddindən artıq tərləmə
  • Dar,sıx və ya sintetik geyimlərdən istifadə
  • İmmun sistemi zəiflədən vəziyyətlər
  • Dərimiz üçün uyğun tərikibli olmayan qulluq vasitələri
  • Gigiyenik qaydalara düzgün əməl etməmək
  • Qıl dönməsi(pilonidal sinus)

Folikulitin Növləri

Bir neçə müxtəlif folikülit növü mövcuddur və hər biri öz səbəbi və əlamətləri ilə fərqlənir:

  • Stafilokokk aureus  follikuliti: Bu növ, stafilokokk bakteriyaları səbəbindən yaranıb,əlamətləri  qaşıntı və kiçik qırmızı, irin dolu ləkələrdir.
  • Pseudomonas aeruginosa follikuliti: isti hamam və ya hovuz follukiliti kimi tanınan bu növ follikulitdə əlamətlər bakteriyalı su ilə təmasdan 1-2 sonraya qədər özünü göstərə bilər.
  • Malassezia foliküliti: Maya göbələyi  səbəbiylə yaranan bu növ, adətən, çiyin və bel hissədə daha çox rast gəlinir.
  • Sycosis barbae follikuliti : Bir çox hallarda təraş sonrası yaranır.
  • Eozinofilik follikulit: Adətən immun sistemi zəif insanlarda və uşaqlarda daha çox rast gəlinən növüdür.

Folikulit necə müalicə edilir?

Folikulitin müalicəsi, növünə və şiddətinə görə dəyişir. Yüngül hallarda evdə antibakterial sabunlar və ya qaşıntı üçün kremlərlə müalicə edilə bilər. Daha ciddi hallarda, dərmanlar və ya prosedurlar tələb oluna bilər.Bəzi hallarda yaranan infeksiyanın səbəbi göbələklər ola bilər,bu zaman antifunqal dərman istifadəsi vacib olur. Buna görə də hər bir halda düzgün müalicə üçün  mütəxəssisə müraciət etmək vacibdir.

Folikulitdən Necə Qorunmalıyıq?

Folikulitdən qorunmaq üçün bəzi sadə tədbirlər görülə bilər:

  • Dərinin təmizliyinə diqqət yetirin: Şəxsi gigiyenaya diqqət edilməli, qurulama zamanı nəm olmayan dəsmal istifadə edilməli və dəsmal heç kimlə paylaşılmamalıdır. 
  • İsti hamam və ya  hovuzlardan istifadə zamanı  təmizliyinə diqqət edin: Hovuz və isti hamamlar  vaxtı-vaxtınada təmizlənməli və istifdə edilən kimyəvi təmizləyicilərin səviyyəsi nəzarət altında saxlanılmalıdır.
  • Nəfəs alabilən geyimlər geyin: dar geyimlər dəridə sürtünməni artırır.Tərlətməyən və geniş geyimlərdən istifadə iltihabın yaranma riskini aradan qaldırır. 

 Folikulit Təkrarlanırmı?

Bəli, folikulit müalicə edildikdən sonra da , bəzi hallarda təkrarlana bilər. Bu, əsasən, şəxsin gigiyena vərdişlərindən və həyat tərzindən asılıdır. Əgər iltihabın yaranmasına təsir edən amilləri həyat tərzindən uzaqlaşdırsanız,, bu vəziyyətin təkrarlama riski azalacaqdır.

Follikulit yoluxucudurmu?

Əsasən,yoluxucu deyildir. Lakin, bakterial infeksiya olduğu təqdirdə yoluxucu olması mümkündür.

Follikulit Zamanı Həkimə Nə Zaman Müraciət Etməliyəm?

Çox vaxt folikulit evdə müalicə edilir və qısa müddətdə keçir,Lakin  simptomlar davam edərsə, həkimə müraciət etməkdə fayda var. Ağır hallarda, dərman və ya kiçik bir əməliyyat lazım ola bilər. Əgər aşağıdakı əlamətləri müşahidə olunursa , həkimə müraciət vacibdir:

  • Folikülit lokal sahədən digər bölgələrə yayılır.
  • Ləkələr sərt və ağrılıdır.
  • Hər hansı bir irinli maye axıntısı vardır.
  • Qızdırma, üşümə, yorğunluq və ya başqa  əlamətlər müşahidə olunur.

Folikülitdən qorunmaq və sağlam dəriyə sahib olmaq üçün hər zaman  şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

Would you like us to call you?

Name Surename

Mobile Number