• Gözlərinizi kompüterdən və gündən qoruyan eynəklərdən istifadə edin. Güclü ultrabənövşəyi şüalanma göz sağlamlığına ciddi zərbə vurur, bəzi göz xəstəliklərinin riskini artırır.
• Gözlərinizə toxunmazdan öncə əllərinizi mütləq sabunla yuyun.
• Düzgün qidalanın. Meyvə-tərəvəz, xüsusilə ispanaq, kələm, kahı, kök, Omeqa-3 yağlı turşularla zəngin olan losos, tunes, paltus, süd məhsulları göz sağlamlığı üçün çox vacibdir.
• Artıq çəkilərinizdən azad olun. Artıq çəki şəkərli diabet kimi xəstəliyin riskini artırır. Şəkərli diabet xəstəliyi zamanı görmə qabiliyyəti pozulur.
• Siqaret çəkməyin. Araşdırmalar göstərir ki, siqaret çəkən insanlarda katarakta, yaşla bağlı olan makulyar degenerasiya, göz sinirinin toksiki zədələnməsi kimi pozulmaların riski siqaret çəkməyən insanlarla müqayisədə xeyli artıq olur.
• İldə 1 dəfə oftalmoloq müayinəsindən keçin.
Gözlərinizə istirahət verin.
Tibbi məlumatlar