Medical information

Intestinal Foam in Children - Causes and What to Do for Foam?

Bağırsaq köpməsi uşaqlarda tez-tez rast gəlinən və narahatlıq yaradan həzm problemlərindən biridir. Uşaqlarda bağırsaqda köp zamanı qarında şişkinlik, gərginlik və narahatlıq hissi müşahidə oluna bilər. Bu hal çox vaxt həzm sisteminin hələ tam formalaşmaması, qidalanma vərdişləri və gündəlik rejimlə əlaqəli olur. Valideynlər üçün əsas məsələ köpmənin səbəbini düzgün anlamaq və vaxtında tədbir görməkdir.

Uşaqlarda bağırsaqda köp niyə yaranır? 

Uşaqlarda bağırsaqda köp müxtəlif səbəblərdən yarana bilər. 
Ən çox rast gəlinən amillər bunlardır:

  • Qidalanma zamanı havanın udulması
  • Qaz yaradan qidaların çox istifadəsi
  • Qəbizlik
  • Həzm fermentlərinin yetərsizliyi
  • Sürətli və nizamsız yemək
  • Stress və emosional gərginlik

Bu səbəblər uşaqlarda mədə bağırsaqda köp problemini artıraraq uşağın gündəlik rahatlığını poza bilər.

Uşaqlarda mədə-bağırsaqda köp zamanı nə etməli?

Köp zamanı əsas da yüngül hallarda aşağıdakı addımlar faydalı ola bilər:

  • Uşağı sakit mühitdə dincəltmək
  • Qarın nahiyəsinə yüngül masaj etmək
  • Fiziki hərəkətlə (yüngül gəzişmə) qazın çıxmasına kömək etmək
  • Qidalanma saatlarını və porsiyaları tənzimləmək
  • Gün ərzində kifayət qədər maye qəbulunu təmin etmək

Əgər köpmə tez-tez təkrarlanır və ağrı ilə müşayiət olunursa, mütləq həkim məsləhəti alınmalıdır.

Uşaqlarda köp yaratmayan qidalar hansılardır? 

Qidalanma uşaqlarda bağırsaqda köp probleminin azalmasında mühüm rol oynayır. 
Aşağıdakı köp yaratmayan qidalar daha rahat həzm olunur:

  • Qaynadılmış düyü
  • Yoqurt və kefir
  • Banan
  • Qaynadılmış kartof
  • Yulaf sıyığı
  • Şorba və yüngül tərəvəz yeməkləri

Qaz yaradan qidaların (kələm, paxlalılar, qazlı içkilər) miqdarı isə müvəqqəti azaldılmalıdır. Əgər uşağınızda bağırsaqda köp tez-tez müşahidə olunur, qarın ağrısı və narahatlıq yaradırsa, bunu diqqətsiz buraxmayın. Sağlam Ailə-də uşaqlarda mədə-bağırsaq problemləri pediatr müayinəsi və lazım olan yoxlamalarla qiymətləndirilir, vəziyyətə uyğun təhlükəsiz və effektiv həll yolları təqdim olunur. Burada uşağınızı rahatlıqla müayinə etdirə və peşəkar tibbi dəstək ala bilərsiniz!
Uşaqlarda qarında sancı ilə əlaqəli yazımızla da tanış ola bilərsiniz. 

Would you like us to call you?

Name Surename

Mobile Number