Tibbi məlumatlar

Kalsium nədir?

Kalsium orqanizmimizə, xüsusən də sümüklərə və dişlərə böyük təsirə malikdir. Qəbul edilən kalsiumun orta hesabla 99% -i diş və sümüklərə birbaşa diş və sümüklərə  təsir göstərir. Bu səbəbdən lazımi miqdarda kalsium qəbul etmək çox vacibdir.

Kalsium nədir?

 

Kalsium orqanizmdə həyati rol oynayan bir elementdir. Xüsusilə kalsium bədənə daxil olduqdan sonra  qanda həll olan, müxtəlif funksional reaksiyalarında iştirak edən və bu sayədə əzələ, sümük və dişlər üçün faydalı bir elementdir. Qan və yumşaq toxumalarda da olan kalsiumun, sinir sistemi ilə əlaqəli bərpa işləri üçün də müxtəlif funksiyaları vardır. Ca düzgün nisbətdə və miqdarda qəbul edildiyi zaman orqanizm və sağlamlıq üçün çoxsaylı faydaları vardır. Bununla birlikdə, kalsium elementinin çatışmazlığı və ya artıqlığı da bəzi problemlərə gətirib çıxarır.

Kalsium bədəndə ən çox olan mineraldır. Sümük sağlamlığı ilə yanaşı ürək-damar, əzələ və sinir sistemlərinin düzgün işləməsi üçün vacibdir. Bədənimizdəki bütün kalsiumun yalnız yüzdə biri dövriyyədə olduğu halda, 99%-i sümüklərimizdə yığılır.

Ca (Kalsium) miqdarı nə qədər olmalıdır? 

 


Kalsium elementi sağlamlıq baxımından bədənimiz üçün çox vacib  elementdir. Bu səbəblə bədəndəki kalsium elementi qan testlərində müəyyən dəyər aralığında olmalıdır. Bu dəyər aralığının xaricində olması bədənin bəzi sağlamlıq problemlərinə səbəb olur. Qan testləri nəticəsində sağlam fərddə kalsium dəyər aralığı aşağıdakı kimidir;

- Kalsium səviyyəsinin normal həddi 8,5 ilə 1,03 mq / dL arasında olmalıdır.

Bədəndəki ionlaşmış formada kalsium dəyər aralığı 4,5 ilə 5,6 mg / dL arasında və ya 1,1 ilə 1,4 mml / L arasında olmalıdır.

Orqanizmimiz öz-özünə kalsium istehsal edə bilmir, buna görə bədənimizə lazım olan kalsiumu qida  vasitəsilə almalıyıq. Kalsiumla zəngin qida mənbələri arasında süd məhsulları, tərəvəzlər , şirələr və dənli bitkilər kimi zənginləşdirilmiş qidalar var. Kalsium qida əlavəsi kimi də mövcuddur. D vitamini mədə-bağırsaq traktından kalsiumun sorulmasında mühüm rol oynayır, buna görə optimal sağlamlığı dəstəkləmək üçün kifayət miqdarda hər iki qidalandırıcı maddəyə sahib olmaq vacibdir.

Kalsium tərkibli qidalar üçün ətraflı məlumat üçün keçid edin 



Kalsium çatışmazlığı və Kalsium çoxluğunun səbəbləri və əlamətləri 

 



Bədənə daxil olan kalsium miqdarı həddindən artıqdırsa, bu  kalsiumun orqanizmdə  artıqlığını meydana gətirəcək. Tibbi dildə bu pozğunluğun adı Hiperkalsiemiyadır. Kalsiumun yüksəlməsinin ən böyük əlamətlərindən biri böyrək daşlarının davamlı əmələ gəlməsidir. Bununla birlikdə, sümüklərdə ağrı və zəiflik, ürək fəaliyyətindəki nizamsızlıq kimi hallar həddindən artıq kalsiumun əlamətlərindən biridir. Kalsium yüksəlməsinə səbəb olan hallar aşağıdakı kimi göstərilə bilər;

- Kalsiumun yüksəlməsinə adətən paratiroid vəziləri səbəb olur.

-Xərçəng xəstəliyi çox vaxt kalsiumun miqdarının yüksəlməsinə səbəb olur. Çünki xərçəng xəstəliyi səbəbindən alınan dərmanlar bədənə alınan kalsium balansının pozulmasına səbəb olur.

- Kalsium artıqlığının digər səbəbi də kalsium üçün istifadə olunan qida əlavələridir. Bu əlavələr bədənə lazım olduğundan çox kalsiumun daxil olmasına səbəb olur.

Orqanizmə  qəbul edilən kalsium elementi ehtiyac duyulandan azdırsa, bədəndə kalsium çatışmazlığı meydana gəlir. Tibbi dildə bu vəziyyətin adı Hipokalsiemiyadır. Bədəndə kalsium azlığının ən vacib əlamətlərindən biri kataraktın meydana gəlməsidir. Xüsusilə gələcəkdə dişlərdə bəzi dəyişikliklərlə bərabər osteoporoz meydana gələ bilər. Kalsiumun miqdarının az olması həyati əhəmiyyət daşıyır. Bu səbəbdən kalsium azlığı dərhal müalicə edilməlidir. Kalsium çatışmazlığına səbəb olan hallar aşağıdakı kimi göstərilə bilər;

- Uşaqlıq və gənclik dövründə az kalsium qəbulu uzun müddət davam edən zaman.

- Bəzi genetik amillər 

- Hormanal dəyişikliklər və böyrək xəstəlikləri 

-D vitamini çatışmazlığı və tiroid xəstəlikləri 

 

Kalsium analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.azsaytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi