Tibbi məlumatlar

Narkotik asılılığı və onun zərərləri

Narkotik maddələr , orqanizmə daxil olduqdan sonra psixoloji, hərəki və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Bu maddələr təbii və ya sintetik ola bilər.
Narkotik maddə asılılığı, saxta xoşbəxtlik hissi verən maddənin müəyyən təsiri əldə etmək üçün lazım olan istifadəsi müddətində ortaya çıxan, fiziki, psixi və sosial problemlərə baxmayaraq , maddə istifadəsinin davam etdirilməsi və   bu istəyin durdurula bilmədiyi bir vəziyətdir.. Maddə istifadəsi adətən maraq və sınaqdan başlayır.

Narkotik  beyin funksiyalarına və bütün orqanizmə təsir edir. Zamanla bütün orqanlara qalıcı ziyan vurur. Zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə , ictimai və peşə həyatına mənfi təsir göstərir. Maddə asılılığı insanın bütün sahələrdə qabiliyyətini azaldır. Buna baxmayaraq, insan asılılıq səbəbiylə maddə qəbul etməyə davam edir

Maddə istifadəsi üçün Risk Faktorları 

Maddə asılılığında fərdi xüsusiyyətlərinin əhəmiyyəti yoxdur. Onu istifadə edən hər kəs eyni asılılıq riskini daşıyır. Bununla birlikdə ətraf amillər böyük əhəmiyyət kəsb edir. Maddəni asanlıqla əldə edə bilmək, rahat istifadə edilə biləcək bir mühitə sahib olmaq və dost qrupunda istifadə edə bilmək riski artırır. Bir maddə istifadə edildikdən sonra nə qədər tez və şiddətlə yalançı "xoşbəxlik" yaranırsa, bir o qədər tez asılılıq yaradır.

Xüsusilə 15 ilə 25 yaş arasında olan gənclər, narkomaniya riski altındadır. Ancaq təəssüf ki, maddə istifadəsinin başlanğıc yaşı 15 yaşdan aşağıdır. Gənclər, adətən, maraqlı, cəsarətli və yeniliklərə açıqdırlar. Duyğular tez dəyişir. Tez sevinirlər və tez kədərlənirlər. Uğurlu olmağı sevirlər. Görünüşə əhəmiyyət verirlər. Valideynlərindən daha çox dostlarının sözləri və hərəkətləri ilə maraqlanırlar. Bu səbəbdən də dost qrupu, maddə asılılığı baxımından önəmlidir.

 Narkotik maddə asılılığı haqqında yalan inanclar 

 

  •  Bəzən istifadə etməyin heç bir zərəri yoxdur.
  •  Nəzarət edə bilərəm.
  •  Hər kəs istifadə edir, heç nə olmur.
  •  Maddə yaradıcılığı inkişaf etdirir və konsentrasiyanı artırır.
  •  Marixuana spirtdən daha zərərsizdir.
  •  Bir dəfə istifadə etməyin heç bir zərəri yoxdur.
  •  Mənim iradəm güclüdür.
  •  Yalnız zəif insanlar aludə olurlar, yox.
  •  Marixuana bir otdur, zərərli deyil.

Yuxarıda adları qeyd edilənlərin hər biri doğru bilinən yanlış məlumatlardır

Narkotik asılılığının zərərləri Nələrdir? 

 

  • Narkotik maddə asılılığının ən vacib ziyanı zəhərlənmə və bunun nəticədə ölümdür. Maddələr beyinə təsir edir, konsentrasiyanı pozur və sürət və məkan anlayışını təsir edərək qəzalara səbəb olur. Danışıq və hərəkət pozğunluğuna səbəb olur.
  • Epileptik tutmalar yaradır.
  • Həzm sistemi və qaraciyər xəstəliklərinə səbəb ola bilər.
  • Hiss orqanlarını zəiflədərək dad, qoxu, görmə, eşitmə və hiss itkisinə səbəb ola bilər.
  • Tənəffüs sistemini zəiflədir. Nəfəs darlığı, öskürək, boğulma hissi və bəzən  tənəffüs iflici ilə ölümə səbəb ola bilər.
  • Qan dövranı zədələnməsi nəticəsində ürək döyüntüsü, yüksək qan təzyiqi, ürək çatışmazlığı, ürək əzələlərinin xəstəlikləri, insult nəticəsində iflic və qan dövranı pozğunluğu ətraflarda qanqrenaya səbəb ola bilər. Qan hüceyrələrində dəyişiklik edərək qan xərçənginə səbəb ola bilər.
  • Dəridə müəyyən dəyişikliklərə rast gəlinə bilər. Yaraların sağalmasını gecikdirə və saç tökülməsini artıra bilər.
  • Böyrək xəstəliklərinə səbəb ola bilər. İlk istifadədə cinsi gücü artırdığı düşünülsə də, davamlı istifadədə cinsi funksiyaların azalmasına və sonsuzluğa səbəb ola bilər.
  • Əlavə olaraq, paylaşılan şprislərin istifadəsi və nəzarətsiz cinsi əlaqə səbəbiylə sifilis, vərəm, hepatit və AİDS kimi yoluxucu xəstəliklərə yoluxma riski artır.
  • Qeyd etdiyimiz zərərlərinə əlavə olaraq əhəmiyyətli ruhi pozğunluqlara da səbəb olur. İnsan narahatlıq, gərginlik, yuxu pozğunluğu, digər depressif simptomlar, maddənin təsiri altında halusinasiyalar və şübhəli davranışlar ilə qarşılaşa bilər. Maddə istifadə edən insanlarda bəzi davranış əlamətləri də müşahidə olunur. Bunlardan bəziləri introversiya, sevdiklərindən uzaq olmaq, maraq və istəklərdə sürətli dəyişikliklər, dostlarında tez -tez dəyişikliklər, qərar qəbul edə bilməmək, ani emosional dəyişikliklər yaşamaq, tez əsəbləşmək, əsəbilik, iştahın pisləşməsi, hərəkətə marağın olmamasıdır.
  •  Maddə aludəçiləri ailələri və dostları ilə ünsiyyət qurmadıqları üçün onları itirirlər və narkotikdən başqa dostları olmur.

Narkotik asılılığının Müalicəsi və Narkotikin bədəndən təmizlənməsi 

 

Narkotik maddı asılılığı müalicə edilə bilər. Xüsusilə müalicə prinsiplərini yerinə yetirən insanlarda maddəni buraxma nisbəti çox yüksəkdir. Müalicə yalnız maddəni tərk etməyi deyil, həm də ictimai həyata qayıtmağı və sağlam həyat sürməyi də əhatə edir.

Asılılıq təkrarlana bilən bir haldır. Adətən, maddə istifadəçilərinin birdən çox müalicə cəhdi olur. Müalicə cəhdlərinin sayı artdıqca müalicə şansı azalmır. Bu səbəbdən bir neçə uğursuz müalicə cəhdi olan insanı və ətrafını bədbinliyə sürükləməməlidir.

Narkotik istifadəçisində hansı əlamətlər olur? 

 

  • Otağında tək vaxt keçirməyi üstün tutur.
  • Dostlar dairəsi daim dəyişir.
  • Pul xərclərində artım olur, xərclər arasında balanssızlıq olur
  • Məktəbə davamiyyət azalır, məktəb uğuru azalır.
  • Maddə ehtiyacları yaxınlaşdıqda gözlərində sulama və burun axması görünür.
  • Həddindən artıq tərləmə görünür.
  • Bədənlərində iynə izləri, qançırlar, damarlarında iltihablı yerlər görünür. İynə izlərini gizlətmək üçün isti havalarda uzun qollu geyinir.
  • Yorğun, yuxulu, narahat görünür.

Gəncləri narkotik maddə asılılığından necə qoruya bilərik? 

 

Gəncləri maddə istifadəsindən qorumaq üçün ilk addım onları problemlərinin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirməkdir. Bu baxımdan valideynlərin üzərinə böyük vəzifələr düşür. Yeniyetməlik dövrünün xüsusiyyətlərini öyrənmək, həddindən artıq qoruyucu hərəkət etməmək, biganə qalmamaq, dostların əhatəsini bilmək, dəyişiklikləri görmək, mühakimə etmədən dinləmək, təhdid etməmək, səbr və anlayış göstərmək, və ən əsası öz davranışları ilə nümunə göstərmək lazımdır.

Qeyd etmək lazımdır ki, istifadə olunan təhlükəsiz narkotik maddə yoxdur !!

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi