Medical information

Neurodermatitis and winter skin problems

Qış mövsümündə dəri problemləri daha qabarıq hiss olunur. Xüsusilə, neyrodermit (digər adı ilə atopik dermatit) olan şəxslərdə soyuq hava ilə birlikdə qaşınma, quruluq və qızartı şikayətləri arta bilər. Bu vəziyyət düzgün dəri qulluğu və vaxtında mütəxəssis dəstəyi ilə nəzarət altına alına bilər.

Neyrodermit (Atopik Dermatit) Nədir?

Neyrodermit xroniki, iltihabi dəri xəstəliyidir və yoluxucu deyil. Bu xəstəlikdə dəri həddindən artıq həssas olur və müxtəlif xarici təsirlərə qarşı tez reaksiya verir. Xalq arasında tez-tez atopik dermatit nədir sualı ilə də maraqlanılır və bu iki termin eyni vəziyyəti ifadə edir. Əsas xüsusiyyəti xəstəliyin dalğavari gedişə malik olmasıdır, yəni xəstəlik bəzən azalır, bəzən isə kəskinləşir.

Neyrodermit nədir və necə yaranır?

Bu vəziyyət genetik meyillilik və immun sisteminin həssaslığı fonunda yaranır. 
Əsas yaranma səbəbləri bunlardır:

  • İrsi faktorlar
  • Dərinin qoruyucu baryerinin zəifləməsi
  • Allergik meyillilik
  • Stress və emosional gərginlik
  • Soyuq və quru hava

Xüsusilə qış aylarında dərinin üst qoruyucu təbəqəsi zəiflədiyi üçün neyrodermit simptomları daha da güclənə bilər.

Atopik dermatit nədir və əlamətləri hansılardır?

Bu, dəridə davamlı iltihabla müşayiət olunan xroniki dəri xəstəliyidir. 
Ən çox rast gəlinən əlamətlər bunlardır:

  • Dəridə güclü quruluq
  • Qızartı və səpgilər
  • Şiddətli qaşınma
  • Dərinin çatlaması
  • Bəzi hallarda irinlənmə

Əlamətlər xüsusilə soyuq havalarda və dərinin kifayət qədər nəmləndirilmədiyi hallarda daha da kəskinləşə bilər.

Neyrodermit (atopik dermatit) zamanı nələrə diqqət edilməlidir?

Xəstəlik zamanı ən vacib addım mütəmadi nəmləndirmədir. Qış aylarında daha yağlı və qoruyucu kremlər dərini xarici təsirlərdən qoruyur və qaşınmanı azalda bilər.
Diqqət edilməli əsas məqamlar:

  • Dərini gündəlik və müntəzəm nəmləndirmək
  • Çox isti su ilə yuyunmaqdan çəkinmək
  • Qıcıqlandırıcı sabun və kosmetik vasitələrdən uzaq durmaq
  • Stressi azaltmağa çalışmaq

Əgər ekzema ocaqları aydın görünürsə, çatlama və ya irinlənmə artıbsa, mütləq dermatoloqa müraciət etmək lazımdır. Bu hallarda dermatoloq konsultasiyası tövsiyə olunur. Dərinizdə davamlı quruluq, qaşınma və səpgilər müşahidə edirsinizsə və bu vəziyyət qış aylarında daha da şiddətlənirsə, bunu diqqətsiz buraxmayın. Sağlam Ailə-də neyrodermit və atopik dermatitlə bağlı dermatoloq müayinəsi aparılır, dəri tipinizə uyğun qulluq və müalicə planı təyin edilir. Burada müayinə və müalicədən rahatlıqla yararlana bilərsiniz!
Dəri qaşınması ilə bağlı ətraflı məlumat və müalicə üsullarını öyrənmək üçün dəri qaşınmasının səbəbləri yazımızı oxuyun.

Would you like us to call you?

Name Surename

Mobile Number