İnsanlar genlərinin quruluşundan asılı olaraq fərqli qidalara fərqli reaksiya verirlər. Başqa sözlə, hər qida hərkəsə eyni təsir göstərmir. Biri üçün faydalı olan bir qida digərinə risk yarada bilər. Bunun səbəbi genetik fərqliliklərdir. Genetik quruluş, bir qidanın insan sağlamlığına necə təsir edəcəyini təyin edir. Bu nöqtədə nutrigenetika elmi ön plana çıxır. Xüsusiləşdirilmiş qidalanma planı və dəstəyi ilə qidalanmanı genlərə uyğun olaraq istiqamətləndirən Nutrigenetics, əslində bir mənada həyatınızı formalaşdırır. Bəs Nutrigenetics nədir? Fərdi bir pəhriz necə tərtib edilir?
Nutrigenetics nədir?
Nutrigenetics, son iyirmi ildə əhəmiyyət qazanan bir elmdir. Genetika ilə qidalanma arasındakı əlaqəni araşdıran sahədir. Buna "qidalanma genetikası" da deyilir. Bu elm sahəsində, fərdlərin hər hansı bir qidalanma planına və ya diyetə genetik quruluşundakı polimorfizmlər vasitəsilə reaksiyası araşdırılır.
Nutrigenetika; Başqa bir deyimlə, eyni qidanın fərqli insanlarda fərqli təsirləri və reaksiyalarına əsaslanan genetik əsaslı bir qidalanma proqramıdır. Bunu "fərdiləşdirilmiş qidalanma proqramı" kimi də ümumiləşdirmək olar. Bu sahədə qidaların genetik quruluşa görə təsir mexanizmləri araşdırılır.
Qidalanma və genetika sahəsində aparılan elmi araşdırmalar nəticəsində ortaya çıxan Nutrigenetics, genetik quruluşa uyğun bir qidalanma proqramıdır. Genetik əlaqəli qidalanma və fitness proqramlarını təyin edən bir sahədir. İnsan üçün ən ideal genetik əsaslı qidalanma proqramının hazırlanması prosesidir. İnsanın genetikasına və maddələr mübadiləsinə uyğun olaraq qidalanma, qida maddələrinin həzm edilməsi və udulması zamanı bədənin reaksiyaları və metabolizm sürəti Nutrigeneticsin maraq dairəsindədir.
Nutrigeneticsin hansı üstünlükləri var?
Ənənəvi qidalanma vərdişləri insanları yüksək kalorili və az qidalı həyat tərzinə məhkum edib. Pəhriz və genetik quruluş arasındakı ziddiyyət müxtəlif xəstəliklərə yol açır. Genetik testlə, insanın genotipi üçün qida dəyəri ilə zəngin və aşağı kalorili pəhriz təmin edilə bilər. Beləliklə, sağlam pəhriz və həyat tərzi genetikanın təklif etdiyi "qidalanma siyahıları" ilə tərtib edilə bilər.
Nutrigeneticsin hansı avantajları var?
- Genetik testlərə görə hazırlanan pəhriz və dəstək proqramı, ənənəvi diyetlərdən təxminən 3 qat daha faydalı və təsirli nəticələr verir.
- Genetik şərhlərlə insanların metabolizmasına uyğun qidalanma tətbiq oluna bilər.
- Ömür boyu istifadə oluna biləcək bir rəhbərdir.
- Fərdiləşdirilmiş qidalanma proqramını həyat tərzi halına gətirməyə imkan verir.
- Arıqlamaq və bədən sağlamlığını qorumaq üçün faydalıdır.
Analiz haqqında və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.