Progesteron orqanizmi hamiləliyə hazırlayan yumurtalıqlar tərəfindən ifraz olunan bir hormondur. Hər ay dövrü olaraq menstural tsikl zamanı yumurtalıqlardan ifraz olunur.
Progesteron hormonu uşaqlığın divarını mayalanmış yumurtanın(embrion) yapışması üçün qalınlaşdırır. Əgər mayalanma olmazsa progesteron ifrazı dayanır və yumurta hüceyrə embriondan qopur ki bu zaman da aybaşı qanaması başlayır. Mayalanma olduqda isə ilk 8 həfə boyunca yumurtalıqlar tərəfindən progesteron ifraz olunmağa başlayır. İlk 8 həftədən sonra progesteron ifrazı plasenta tərəfindən həyata keçirilir.
Bütün bunların xaricində progesteron hormonu eyni zamanda mərkəzi sinir sitemi və böyrəküstü vəzdə adrenal korteksdə də istehsal olunur. Həm kişilərdə həm qadınlarda rast gəlinən bu hormonun yuxarıda qeyd edilənlərdən başqa da funksiyaları vardır. Misal olaraq sinir hüceyrələrinin yenilənməsi,qorunması, inkişafı, sinir hüceyrələrində yeni əlaqələrin yaranmasını göstərə bilərik .
Normal hamiləliyin olması üçün qanda progesteron hormonunun miqdarı çox əhəmiyyətlidir. Xüsusi ilə hamiləliyə hazırlaşan qadınlarda mütamadi olaraq progesteron hormonunun miqdarını ölçdürmək vacibdir. Nəzərə almaq lazımdır ki, hamiləliyin müxtəlif dövrlərində qanda hormonun miqdarı müxtəlif ola bilər.
Progesteron nədir sualına cavab olaraq, bu hormon qadın reproduktiv sistemində vacib rol oynayan və hamiləliyi dəstəkləyən bir hormondur.
Həkimlər, progesteron nədir deyə soruşduqda, onun menstrual dövrü və hamiləlik prosesində əhəmiyyətli olduğunu vurğulayırlar.
Progesteron nədir sualına cavab olaraq, bu hormonun hamiləliyin davamlılığını təmin etdiyini və endometriumun (uşaqlıq daxili qişası) hazırlanmasında rol oynadığını qeyd etmək olar. Progesteron iynəsi adətən progesteron səviyyələrini artırmaq və hormonal balansı təmin etmək üçün istifadə edilir. Həmçinin, progesteron iynəsi vasitəsilə hamiləliyin erkən mərhələlərində progesteron çatışmazlığını müalicə etmək olur. Progesteron iynəsi bəzi qadınlarda menstrual dövrü tənzimləmək və ya hamiləliyi dəstəkləmək üçün tətbiq olunur.
Progesteron yüksəkliyinin əlamətləri nələrdir?
Progesteron hormonu hamiləliyin ilk 3 ayında sürətlə yüksəlməyə başlayır. Bu müddətdə orqanizm adaptasiya olana kimi müəyyən şikayətlər ola bilər. Bunun xaricində adrenal vəzidə olan problemlər və progesteron hormonlarının çox istifadə olunması zamanı müəyyən əlamətlər ortaya çıxa bilər. Bu əlamətlər:
- Yuxululuq
- Halsız oyanma,
- Süd vəzində həssaslıq,
- Ürəkbulanma,
- Yüngül depressiya,
- Yüngül başgicəllənmə,
- Şişkinlik,
- Narahatlıq və ayaqlarda ağrı,
- Ödem
- Narahat və ya əsəbi hiss etmək,
Progesteron azlığı nədir?
Progesteron hormonu hamiləlik üçün vacib hormonlardan biri olduğundan progesteron hormonu az olduğu təqdirdə hamiləlik baş vermir. Qadında mayalanma sağlam bir şəkildə baş versə də, progesteron hormonu yetərli olmadıqda, uşaqlıq divarı kifayət qədər qalınlaşmır. Bu səbəbdən döllənmiş yumurtanın uşaqlıq divarına yapışması mümkün olmur və hamiləlik sağlam şəkildə davam etdirilə bilmir. Aşağı progesteron hormonu hamilə qadınlarda düşük riski və qanaxmaya səbəb ola bilər.
Hamilə olmayan qadınlarda progesteron hormonunun normadan az olması zamanı yaranan əlamətləri aşağıdakı kimi sadalana bilər:
- Aybaşı dövrünün pozulması,
- Baş ağrısı və ya migren,
- Müxtəlif əhval dəyişiklikləri (narahatlıq və ya depressiya kimi),
- Qeyri stabil menstrual qanaxma (menstruasiya dövrünün pozulması , bəzi hallarda çox az qanaxma, bəzi hallarda ciddi qanaxma müşahidə edilə bilər).
Progesteron və estrogen bir-biri ilə qarşılıqlı işləyən hormonlar olduğundan, qadın orqanizmində progesteronun az olduğu hallarda estrogen dominant ola bilər. Bu vəziyyətdə, menopauzada da müşahidə olunan bəzi əlamətlər ortaya çıxa bilər. Bu simptomlardan ən əsası bunlardır;
- Çəkinin artması,
- Fibrokistik süd vəzi və döş həssaslığı,
- Mioma,
- Öd kisəsi problemləri
Progesteron hormonu qadın bədənində menstrual dövrü tənzimləmək üçün vacibdir. Həmçinin, progesteron hormonu endometriumun qalınlaşmasını və embrionun yerləşməsini təmin edir. Progesteron hormonu, hamiləliyin davamlılığını təmin edən və qadın reproduktiv sağlamlığı üçün vacib bir hormondur. Progesteron iynəsi nə üçündür sualına cavab olaraq, bu iynə hamiləlik dövründə progesteron səviyyəsini artırmaq və ya hormonal balanssızlığı müalicə etmək üçün istifadə edilir. Progesteron iynəsi uşaqlıq daxili qişasının hamiləliyə hazır vəziyyətə gətirilməsi üçün vacibdir. Sonsuzluq müalicəsində istifadə edilən Progesteron iynəsi, faydalı müalicə üsulu sayılır.
Progesteron analizi və digər suallarınızla bağlı, eyni zamanda online qeydiyyatdan keçmək üçün (012) 910 nömrəli Çağrı Mərkəzi və ya (055) 4000 910 nömrəli Whatsapp nömrəmizlə əlaqə saxlaya bilərsiniz.
Onlayn qeydiyyat üçün http://www.saglamaile.azsaytımızın və rəsmi sosial media hesablarımızın ismarıc bölməsindən yazaraq onlayn qeydiyyatdan keçə bilərsiniz.