Süd vəzi xərçəngi ən çox rast gəlinən xərçəng növlərindən biridir. Süd vəzi xərçəngi rast gəlinən qadınların çoxu 50 yaşdan yuxarıdır, lakin daha gənc qadınlarda da süd vəzi xərçənginə rast gəlinə bilər. Erkən mərhələdə aşkarlandıqda müalicə ilə sağalma şansı yüksəkdir.
Bu səbəbdən qadınların mütəmadi olaraq süd vəzilərini yoxlamaları və hər hansı dəyişiklik olduqda mütləq müayinələrdən keçməlidirlər.
Süd vəzi xərçənginin əlamətləri
Süd vəzi xərçənginin bir neçə simptomu vardır lakin ilk diqqəti çəkən simptom adətən düyün və ya süd vəzi toxumasında olan qalınlaşmış sahənin olmasıdır. Süd vəzi düyünlərinin çoxu xərçəng deyil. Lakin rast gəlindikdə mütləq həkim tərəfindən yoxlanılmalıdır. Digər simptomları aşağıdakılar kimi sadalaya bilərik:
- Bir və ya hər iki süd vəzinin ölçüsündə və ya formasında dəyişiklik
- Hər hansı süd vəzindən axıntının olması, hansı ki qan izlərinə rast gəlinə bilər
- Qoltuqaltı nahiyədə düyün və ya şişkinlik
- Süd vəzi dərisində çuxurlaşma
- Süd vəzi giləsinin üstündə və ya ətrafında qızarıqlıq
- Süd vəzi giləsinin görünüşündə dəyişiklik, misal olaraq gilənin süd vəzinə batması kimi
Süd vəzi ağrısı adətən süd vəzi xərçəngi əlaməti olmur.
Süd vəzi xərçənginin səbəbləri
Süd vəzi xərçənginin tam səbəbi tam olaraq öyrənilə bilməyib. Buna baxmayaraq müəyyən faktorlar var ki, bunlar süd vəzi xərçəngi riskini artırır. Bunlar:
- Yaş-yaş artdıqca risk də artır
- Ailə keçmişində süd vəzi xərçənginin olması
- Əvvəllər süd vəzi xərçəgi diaqnozunun qoyulması
- Əvvəllər xoş xassəli süd vəzi düyününün olması
- Həddindən artır çəkili olmaq
- Spirtli içki içilməsi
- Xərçəng riskini artıran irsi genlər. Süd vəzi xərçəngi riskini artıran müəyyən gen mutasiyaları valideynlərdən uşaqlara keçə bilər. Ən məşhur gen mutasiyaları BRCA1 və BRCA2 adlanır. Bu genlər süd vəzi xərçəngi və digər xərçəng riskini əhəmiyyətli dərəcədə artıra bilər.
- Radiasiyaya məruz qalmaq.
- Menstruasiyanın erkən yaşda başlaması
- Menopauzanın gec yaşda başlaması
- Heç vaxt hamilə qalmamaq.
- Postmenopauzal hormon müalicəsi. Menopauzanın əlamət və simptomlarını müalicə etmək üçün estrogen və progesteronu birləşdirən hormon terapiyası dərmanları alan qadınlarda süd vəzi xərçəngi riski artır.
Süd vəzi xərçəngi diaqnozu
Süd vəzi xərçəngi diaqnozu üçün qan analizləri, vizual müayinələr istifadə olunur. Bunlardan süd vəzinin mamaqrafiyası, qanda süd vəzi onkomarkerlərinin təyini, həkim baxışını misal olaraq göstərə bilərik.
Ailəsində süd vəzi xərçəngi olan biri gələcəkdə süd vəzi xərçəngi olma ehtimalını dəyərləndirmək üçün genetik analiz verərək yoxlanıla bilər. 50-70 yaş arasında olan qadınlarda xüsusi ilə ən gec 3 il ara ilə mütamadi olaraq yoxlanılması məsləhət görülür.
Əlavə olaraq hər bir qadın süd vəzində və qoltuqaltı nahiyədə olan dəyişikliklərə diqqətlə yanaşmalı, hər hansı dəyişiklikdə mütləq həkimə yaxınlaşmalıdır.
Süd vəzi xərçənginin müalicəsi və qarşısının alınması
Süd vəzi xərçənginin səbəbləri tam olaraq öyrənilmədiyindən, hal -hazırda bunun qarşısının tam olaraq necə alınacağını bilmək mümkün deyil.
Xəstəliyin inkişaf riski artarsa, riskinizi azaltmaq üçün bəzi müalicələr mövcuddur.
Qidalanma və süd vəzi xərçəngi arasında araşdırmalar nəticəsində müəyyən asılılılığın olduğu müəyyən edilib. Profilaktik olaraq diqqət etməli olduqlarınızı aşağıdakılar kimi sadalaya bilərik.
- sağlam çəkidə olmaq
- müntəzəm olaraq idman edin
- saturasiya olunmuş yağlardan az istifadə
- spirtli içki qəbulunun olmaması
Müntəzəm məşqlərin süd vəzi xərçəngi riskini demək olar ki, üçdə bir qədər azalda biləcəyi irəli sürülmüşdür.
Menopauzadan keçmisinizsə, sağlam bir kiloya çatmağa və onu qorumağa çalışmanız xüsusilə vacibdir.
Bunun səbəbi, artıq çəkinin süd vəzi xərçəngi riskini artıra biləcək , daha çox estrogen istehsalına səbəb olmasıdır.