Tənəffüs yolu infeksiyaları insan orqanizmində ən çox rast gəlinən xəstəliklərdən biridir və əsasən burun, boğaz, qırtlaq, bronxlar və ağciyərləri əhatə edir. Bu xəstəliklər həm yuxarı tənəffüs yollarına, həm də aşağı tənəffüs yollarına təsir edə bilər. Ən çox payız-qış aylarında yayılır və həm uşaqlar, həm də böyüklər arasında tez-tez rast gəlinir.
Tənəffüs yolu infeksiyalarının əsas səbəbləri
İnfeksiyaların yaranmasına müxtəlif daxili və xarici amillər təsir göstərir. Əsas səbəblərə isə bunlar daxildir:
- Virus və bakteriyaların yoluxması (qrip, adenovirus, streptokokk və s.)
- Orqanizmin zəif immun sistemi
- Çirklənmiş və tozlu hava, siqaret tüstüsü
- Soyuq hava şəraiti və mövsümi dəyişikliklər
- Vitamin çatışmazlığı və düzgün qidalanmama
Tənəffüs yolu infeksiyalarının əlamətləri
Hər bir infeksiyanın klinik gedişi fərqli ola bilər, amma ümumi əlamətlər çox vaxt oxşardır. Xəstələrdə aşağıdakı simptomlar müşahidə edilir:
- Burun axıntısı və tutulması
- Boğaz ağrısı, qıcıqlanma və udqunma çətinliyi
- Quru və ya bəlğəmli öskürək
- Yüksək hərarət və titrətmə
- Halsızlıq, baş ağrısı və iştahsızlıq
Əgər sizdə bu əlamətlər davam edirsə və ya ağır gediş müşahidə olunursa, vaxtında həkimə müraciət etmək vacibdir. “Sağlam Ailə” Tibb Mərkəzində laborator analizlər və müayinələr vasitəsilə tənəffüs yolu infeksiyalarının səbəbi dəqiq müəyyən edilir və düzgün müalicə təyin olunur.