Vitamin və Mikroelementlər

B3 vitamini (PP vitamini) nə kimi faydaları var?

Vitamin B3 (niasin) digər adları PP vitamini, nikotin turşusu- suda həll olan vitamin olduğu üçün depolana bilmir və orqanizmdə istehsal olumur. 

  1. Infarkt riskini azaldır-  Tərkibində niasin olan qidalar pis xolesterolun (LDL) bədəndən çıxarılmasını təmin edir. Bu, infarkt riskini yarıya endirir. B3 vitamini ürək-damar xəstəlikləri üçün də faydalıdır.
  2. Yaddaşı möhkəmləndirir- B3 vitamini beyin sağlamlığına da müsbət təsir göstərir. Konsentrasiya və ya diqqət çatışmazlığı problemi olan insanlar onu müntəzəm olaraq istehlak etməlidirlər.
  3. Depressiya riskini azaldır-   B3 vitamini insan psixologiyası üçün də faydalıdır. Daxili narahatlığı azaldır və insanı daha enerjili və xoşbəxt hiss etməsinə kömək edir.
  4. Qırışları aradan qaldırır- niasin yaşlanma ilə bağlı yaranan qırışların aradan qaldırılmasında da təsirlidir.
  5. Vitamin B3 serotonin sintezini artırmaq və oksidləşdirici stressi azaltmaqla həm miqren, həm də gərginlik tipli baş ağrılarının tezliyini və şiddətini azalda bilər.

 

B3 vitamini çatışmazlığı kimlərdə görünə bilər?

  • xroniki alkoqolizm
  • qarğıdalı unundan çox istifadə edənlər
  • iltihabi bağırsaq xəstəlikləri
  • çölyak xəstəliyi
  • QİÇS
  • Kimyaterapiya
  • İzoniazid müalicəsi alanlar.

Pelleqra xəstəliyi vitamin B3 (Niasin) çatışmazlığı zamanı yaranan təhlükəli xəstəliklərdən biridir. , Pellagranın başlıca simptomları diareya, dermatit və demans olduğu üçün  klassik olaraq 3D qısaltması ilə də tanınır. Digər əlamətləri:

  • Qusma
  • Mədə ağrısı və həzmsizlik
  • Dəri səpgiləri (simmetrik), dərinin qızartıları, qaşınma, qabıqlanma
  • Dəri yaralarında şiddətli ağrı
  • Ağız boşluğunda və boğazda iltihab
  • Ağız içi ödem
  • Dil parlaq qırmızı görünür
  • Laqeydlik vəziyyəti
  • Depressiya (yüngül formada)
  • Əsəbilik
  • Baş ağrısı
  • Yaddaş itkisi (ani, müvəqqəti və ya daimi)
  • Başgicəllənmə, huşunu itirmə və ya koma.

B3 vitamini çatışmazlığının ümumi əlamətləri:

  • Əsəbilik
  • Yorğunluq
  • Unutqanlıq
  • Daxili narahatlıq hissi
  • Depressiya
  • Koqnitiv fəaliyyətlərdə yavaşlama
  • LDL (pis) xolesterol səviyyələrində artım və HDL xolesterol səviyyələrində azalma
  • Ağız boşluğunda yaralar
  • Mədəbağırsaq şikayətləri
  • Davamlı dəri problemleri.

Tərkibində B3 vitamini  olan qidalar:

  • Qaraciyər (89%)
  • Toyuq döş əti (76%)
  • Tuna balığı (71%)
  • Günəbaxan toxumu (56%)
  • Qırmızı ət (56%)
  • Quzu əti (43%)
  • Qızılbalıq (42%)
  • Yaşıl noxud (35%)
  • Göbələk (16%)

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi