D vitamini (25-OH D)
Yağda həll olan vitaminlərdən biri olan D vitamini müxtəlif qidalar və günəş işığı vasitəsi ilə qəbul edilir. Əksikliyi müxtəlif ciddi xəstəlik və simptomlara səbəb olur.
Formaları
Vitamin D2- əsasən bitki mənşəli qidalardan əldə edilir.
Vitamin D3- əsasən heyvan mənşəli qidalardan əldə edilir.
Bu formalar orqanizmdə əvvəlcə qaraciyər,daha sonra böyrəkdə dəyişikliyə uğrayaraq öz aktiv formasına çevrilir.
Faydaları
Bədənin kalsium və fosforu asanlıqla mənimsəməsinə yardım edir.
Sümüklərin formalaşmasına və əzlələ kütləsinin artmasına təsir edir.
İmmun sistemin fəaliyyətinə,xüsusi ilə D3 vitamini müsbət təsir göstərir.
Ürək və beyin sağlamlığı üçün vacibdir.
Osteoporoz və raxit kimi xəstəliklərin qarşısının alınmasında vacibdir.
D vitamini əksikliyi
*Simptomlar
Sümük və əzələ ağrıları
Xroniki yorğunluq və halsızlıq
Saç tökülməsi
Baş ağrıları
Diş əti problemləri
Dəridə yorğunluq
*Səbəblər
Böyrək və ya qaraciyər çatışmazlığı- Bu orqanlarda dəyişimə uğrayaraq öz aktiv formasına keçdiyi üçün D vitamini səviyyəsinin tənzimlənməsinə təsir edir.
Yetərli günəş işığına məruz qalmamaq- Günəş işığı D3 vitaminin əmələ gəlməsində rol oynayır. Lakin xüsusi ilə ofis şəraitində çalışanlar və ya günəş qoruyuculardan həddindən artıq istifadə edənlərdə D vitamini sintezi azalır.
Düzgün olmayan qidalanma vərdişləri- Bəzi xüsusi pəhrizlərlə qidalananlarda məsələn vegan və ya vegeterianlarda qida maddəsi ilə yetərli miqdarda qəbul edilməyə bilər.
Həzm sistemi problemləri- Xüsusi ilə bağırsaq problemləri D vitaminin mənimsənilməsinə maneə olur.
*Xəstəliklər
Sümük sistemi xəstəlikləri: uşaqlarda: Raxit, daha yaşlılarda: osteoporoza( sümük sıxlığının azalması) səbəb olur.
Şəkərli diabet: Tip 2 diabet riskini artırır.
Depressiya: Xüsusi ilə qış aylarında mövsümi depressiyanın səbəbidir.
Ürək-damar sistemi xəstəlikləri: D vitamini əksikliyi qan təzyiqi səviyyəsinə də təsir edir.
D vitamini artıqlığı
*Simptomlar
Sümük ağrıları
Ağız quruluğu
Qəbzlik
Susuzluq hissi
Əzələ zəifliyi
Qanda kalsium səviyyəsinin yüksəlməsi
*Səbəblər
Bir çox hallarda əsas səbəb kontrolsuz şəkildə D vitamini əlavələri istifadə etməkdir.
*Xəstəliklər
Həzm sistemi problemləri, nevroloji problemlər, böyrək problemləri, sümük və əzələ ağrıları ilə nəticələnir.
D vitamini qəbulu formaları
D vitamini qaynaqlarına günəş işığı, bitki və heyvani mənşəli qida maddələri və qida əlavələri aiddir.
D vitamini ilə zəngin qida maddələri:
Ton balığı
Yumurta sarısı
Süd və süd məhsuları. xüsusi ilə kəsmik
Qaraciyər
Yulaf əzməsi
Cəfəri
Təbii meyvə şirələi
Göbələk və s.
Bir sıra orqan və toxumaların funksiyalarına təsirini nəzərə alsaq D vitamini skrinninqi xüsusi ilə uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar üçün əhəmiyyətlidir.