Ailə kartı, üzərində məxsus olduğu ailənin soyadı qeyd olunaraq, ailə üzvlərininin birgə istifadə etdiyi kartdır.
Ailə üzvlərinin sahib olduğu “Tibbi kart” larından bir neçəsinin və ya hamsının bonusu cəm şəklində Ailə kartında toplana bilər.
Üstünlükləri
İllik dövriyyədən asılı olaraq, hər bir ailə üzvünün ödədiyi məbləğin 5% - 20%-i bonus olaraq Ailə kartına əlavə olunur.
İstifadə qaydaları və şərtlər
Ailə kartına əlavə edilməyən, başqa şəxs tərəfindən istifadə edilə bilməz.
Bonusların aktivləşməsi üçün karta üzv olan ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədi və fərdi Tibb kartını təqdim etməlidir.
Bonuslar karta toplanaraq CHECK-UP və ya digər tibbi müayinələrdən keçməyə imkan verir.
Pasiyentlər xidmətə görə ödənişin bir hissəsini bonuslardan, qalan hissəsini isə əlavə ödənişlə edə bilər.
Bonus xidmətə görə ödənişdən çox olarsa, bonusların digər hissəsi kartın balansında qalır. Qalan bonuslardan növbəti dəfə tibbi müayinələrdən keçən zaman istifadə etmək olar
Ailə kartına toplanan bonusları karta üzv olan hər bir ailə üzvü şəxsiyyət vəsiqəsi əsasında istifadə edə bilər.
Toplanan bonuslar birdəfəlik və ya hissə-hissə istifadə etmək olar.
Ailə kartı itən zaman, karta daxil olan ailə üzvlərindən biri şəxsiyyətini təsdiq edən sənədlə Sağlam Ailə Tibb Mərkəzinin filiallarından birinə yaxınlaşa bilər.
5 AZN ödəyərək kart yenidən bərpa edilə bilər, yeni kartda bütün tibbi tarixçə, bonuslar əks olunacaqdır.
Kartla bağlı dəyişiklik etmə hüququ Sağlam Ailə Tibb Mərkəzinə məxsusdur.