Konfranslar

“Sağlam gənclik, sağlam gələcək” beynəlxalq forumu

10 dekabr 2014-cü il tarixində Sağlam Ailə Tibb Mərkəzi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və AVROMED Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, İUSTİ beynəlxalq təşkilatının dəstəyi ilə “Sağlam gənclik, sağlam gələcək” adlı Forum keçirilib.

Forumda ümumilli lider Heydər Əliyevin Azərbaycanda səhiyyənin inkişafına, tibb kadrlarının inkişafına, səhiyyə sahəsində təhsilin keyfiyyətinə qayğısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikada səhiyyənin inkişafı istiqamətində həyata keçirilən uğurlu islahatlar və gənclərin sağlam mühitdə böyüməsi istiqamətində atılması vacib olan addımlar barədə müzakirələr aparılıb.

Forumun rəsmi hissəsində çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev tədbiri giriş nitqi ilə açaraq, gənclərin sağlamlığı, narkomaniya, QİÇS və digər neqativ hallarda profilaktikasının yolları kimi məsələlərdən bəhs edib.

Forumda Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər Şöbəsinin Gənclər Təşkilatları ilə İş Sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, AQUPDK-nin sədr müavini Aynur Sofiyeva, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə Azərbaycanda səhiyyə sahəsində görülən işlər barədə çıxış ediblər.

Sağlam Ailə Tibb Mərkəzlərinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nigar Rüstəmli öz çıxışında “Sağlam ailənin adı özündə bir saflığı və ailəçiliyi təbliğ edir. Burada gənclərin üzərinə düşən əsas vəzifə sağlam olub daha sonra ailə qurmaqdır. Gələcəyimizin, gəncliyimizin sağlam olması üçün sağlam ailə qurmaq önəmli faktordur” sözlərini qeyd edib.

Forumun II hissəsi olan akademik hissədə Almaniya, Avstriya, Azərbaycan, Rusiya, İngiltərə, Xorvatiya, Estoniya və Ukraynadan dəvət olunmuş tibb mütəxəssisləri, professorların cinsi və reproduktiv sağlamlığa dair elmin son nailiyyətləri, sağlam həyat tərzinin təbliğinin mövzularında çıxışları dinlənilib.

Dövlət rəsmiləri, özəl qurumlar, gənclər təşkilatlarının nümayəndələri, yerli və xarici mütəxəssislərin də iştirak etdiyi forumda 500 nəfər iştirak edib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi