Konfranslar

Reproduktologiyada genetik aspektlər

18 dekabr 2009-cu il tarixində Sağlam Ailə Tibb Mərkəzi və Birliyə Doğru İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Reproduktologiyada genetik aspektlər” mövzusunda konfrans keçirilmişdir.

Konfransın təşkil olunmasında əsas məqsəd sonsuzluğun genetik səbəbləri, prenatal diaqnostikanın həlli yolları, kişilərdə sonsuzluğun kliniki və genetik aspektləri, sonsuzluğun müalicəsinə differensial və patogenetik yanaşma, sonsuzluğun əsas səbəbləri, kliniki və genetik aspektlər, normal hamiləlikdə baş verən ağırlaşmalar və digər problemlər olub.

Konfransda Moskva vilayət “Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutu”nun 1 saylı Mamalıq Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Vasili Petruxin, "Roszdrav" Rusiya Dövlət Tibb Universitetinin Urologiya kafedrasının professoru, tibb elmləri doktoru Səfər Həmidov, “Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəzi”nin Genetika şöbəsinin rəhbəri, tibb elmləri doktoru, professor Vladimir Baxarev, “Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəzi”nin Hamiləliyin pozulması şöbəsinin aparıcı elmi işçisi, tibb elmləri doktoru Zülfiyyə Saqdullayeva, “Moskva Dövlət Tibb və Stomatologiya Universiteti”nin Kliniki Genetika kafedrasının müdiri, mama-ginekoloq, professor Larisa Akulenko və digər alimlər çıxış ediblər.

Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov öz çıxışı zamanı mərkəzin qazandığı nailiyyətlərdən və yaxın gələcəkdə reallaşdırılacaq yeni layihələrdən bəhs edib.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi