Hər bir məktəbli bu tarixi səbirsizliklə gözləyir. Bu özəl tarix münasibətilə Sağlam Ailə Tibb Mərkəzi olaraq aztəminatlı ailələrin övladlarını sevindirdik.
Mərkəzimizə gələn məktəblilər ilk öncə Pediatr, Oftalmoloq və Otolarinqoloq müayinəsindən keçdilər. Əlavə olaraq, hər bir məktəbliyə Qanın kliniki analizi müayinəsi üçün hədiyyə kartı təqdim olundu.
Daha sonra Sağlam Ailə Tibb Mərkəzinin kollektivi tərəfindən məktəblilərə çanta, məktəbli forması və digər zəruri məktəb ləvazimatlar hədiyyə edildi. Onlar uşaqlara daima sağlam və xoşbəxt olmaqlarını, dərslərində hər zaman müvəffəqiyyət qazanmaqlarını arzu etdilər və uşaqları sevindirmək imkanını əldə etdikləri üçün çox məmnun olduqlarını bildirdilər.
Qeyd etmək istərdik ki, Korporativ sosial məsuliyyət Sağlam Ailə Tibb Mərkəzinin strategiyasının ayrılmaz hissəsidir. Bir tibb mərkəzi olaraq fəaliyyətimizlə hər zaman töhfə verməyə çalışırıq.
Aztəminatlı ailələrin təsbit edilməsində bizə dəstək olan Dayaq Xeyriyyə Cəmiyyətinə xüsusi təşəkkür edirik