Tədbirlər

ADPU-nin "Sabah" qruplarına "İlk Tibbi Yardım" təlimi

25 aprel 2023-cü il tarixində Sağlam Ailə Tibb Mərkəzi tərəfindən Pedeqoji Universitenin SABAH Qrupları tələbələri üçün “İlk Tibbi yardım” təlimi keçirilmişdir.
Aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani və praktiki məlumatlar verilib.

Təlimin məqsədi, baş vermiş xoşagəlməz hadisələr zamanı psixoloji vəziyyətin tənzimlənməsi, davranış qaydaları, ilk tibbi yardım hazırlığı ilə bağlı tələbələri maarifləndirməkdir.

Təlimin sonunda iştirakçılara sertifikat və Tibbi kartları təqdim edilmişdir.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi