“Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzi və Sağlam Ailə Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Davamlı Sağlamlıq” proqramı çərçivəsində ilk görüş baş tutub.
Görüşdə Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev, Sağlam Ailə Tibb Mərkəzinin PR və Kommunikasiya şöbəsinin rəhbəri Ayna Rəsulova və bir qrup davamçı üzv iştirak edib. Görüş zamanı gənclər öz suallarını ünvanlayaraq proqram barəsində ətraflı məlumat əldə ediblər.
Görüşün sonunda gənclərə Sağlam Ailə Tibb Mərkəzinin tibb kartları hədiyyə edilib.