07 iyul 2021-ci il tarixində "İlk tibbi yardım" üzrə təlim keçirilib. Təlimin keçirilməsində məqsəd layihə iştirakçılarına bədbəxt hadisələr zamanı insanların həyatını xilas etmək üçün həkimə qədər zərərçəkənə necə yardım edilməsini göstərmək, onların bu sahədəki bilik və bacarıqları artırmaq olub.
Təlim zamanı iştirakçılara ilk tibbi yardım nədir, böyüklərdə ilk tibbi yardım, yanıqlar və travmalar, qanaxmalar və şok haqqında məlumatlar verilib.
İnteraktiv keçən təlimin sonunda layihə iştirakçıları öyrəndikləri bilikləri təcrübədə tətbiq etmək imkanı əldə ediblər. Onları ilk tibbi yardımla bağlı maraqlandıran bütün suallar həkim tərəfindən ətraflı cavablandırılıb.
Tədbirlər