Tədbirlər

“Güclü valideynlər, güclü uşaqlar” forumu

15 oktyabr 2016-cı il tarixində Education Management Network və Edu.Co Şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə övladı uşaq bağçasında təhsil alan valideynlər üçün bağçalararası “Güclü Valideynlər, Güclü Uşaqlar” Forumu təşkil olunub.

Forumun keçirilməsində əsas məqsəd, uşaq inkişafına dəstək olmaq və uşaq pedaqogikası üzrə valideynləri maarifləndirmək olmuşdur.

Forumda iştirak edən mütəxəssislər “Uşağın inkişafında valideynlərin rolu”, “Ünsiyyət və oyun”, “Ailə tiplərinə əsasən uşaqlarda davranış problemləri və həlli yolları”, “Uşaqlarda nitq inkişafı problemləri və həlli yolları”, “Uşaqlarda sağlamlıq problemləri və sağlam qidalanma” üzrə çıxış ediblər. Sonda valideynlərin sualları cavablandırılıb.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi