Könül istərdi ki, hər bir məktəblinin üzünə gülüş, qəlbinə sevinc bəxş edək. Elə bu səbəbdən də “15 sentyabr-Bilik Günü” münasibəti ilə Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı və “SUN” gigiyenik kağız markasının tərəfdaşlığı ilə aztəminatlı ailələrin övladlarını sevindirdik.
Mərkəzimizə gələn məktəblilər ilk öncə Pediatr, Oftalmoloq və Otorinolarinqoloq müayinəsindən keçdilər. Əlavə olaraq, hər bir məktəbliyə Qanın kliniki analizi müayinəsi üçün hədiyyə kartı təqdim olundu.
Daha sonra Sağlam Ailə Tibb Mərkəzinin kollektivi tərəfindən məktəblilərə çanta və digər zəruri məktəb ləvazimatlar hədiyyə edildi. Onlar uşaqlara daima sağlam və xoşbəxt olmaqlarını, dərslərində hər zaman müvəffəqiyyət qazanmaqlarını arzu etdilər və uşaqları sevindirmək imkanını əldə etdikləri üçün çox məmnun olduqlarını bildirdilər.
Qeyd etmək istərdik ki, Korporativ sosial məsuliyyət Sağlam Ailə Tibb Mərkəzinin strategiyasının ayrılmaz hissəsidir. Bir tibb mərkəzi olaraq fəaliyyətimizlə hər zaman töhfə verməyə çalışırıq.
Aztəminatlı ailələrin təsbit edilməsində bizə dəstək olan Dayaq Xeyriyyə Cəmiyyətinə xüsusi təşəkkür edirik!