Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə Gənc jurnalistlər arasında əlaqələndirməni artırmaq, onların hüquqi maarifləndirilməsinə və peşəkarlıqlarının daha da yüksəldilməsinə töhfə vermək məqsədilə keçirilən “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsi həyata keçirilib. Layihənin bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov, TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslan, Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Nigar Rüstəmli, "ASAN Radio"nun rəhbəri Emin Musəvi Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova iştirak ediblər. Qonaqların çıxışı ilə birgə layihənin sual-cavab formatında interaktiv hissəsi baş tutub, gənclər tərəfindən verilən suallar cavablandırılıb.