Tədbirlər

“Mən həyatı seçirəm” layihəsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Mən həyatı seçirəm” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində silsilə tədbir keçirilmişdir. Tədbirdə ekspert qismində çıxış edən Sağlam ailə Tibb Mərkəzinin əməkdaşları sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin (narkomaniya, alkoqolizm, siqaret, QİÇS) yaratdığı fəsadlar və digər mövzular haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfindən mütəmadi olaraq Respublikamızın şəhər və rayonlarında reproduktiv sağlamlıq və sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtın səmərəli şəkildə təşkili, onların ailə həyatına hazırlığı və digər mövzular ətrafında müxtəlif layihələr həyata keçirilir.

08.12.2017 ci il Bakı Qida Sənaye Kolleci tələbələri üçün“ Mən sağlam həyatı seçirəm” adlı maarifləndirici seminar

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi