Tədbirlər

İnternat Məzunlarının Sosial İnteqrasiyası təşkilatı ilə birgə layihə

 Humanitar aksiya 11 iyul 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Sağlam Ailə Tibb Mərkəzinin və İnternat Məzunlarının Sosial İnteqrasiyası (İMSİ) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Aksiya zamanı İctimai Birliyinin üzvləri “İnternat Məzunlarının Cəmiyyətə İdmanla İnteqrasiyası” layihəsi çərçivəsində Sağlam Ailə Tibb Mərkəzində Otolorinqoloq, Terapevt, Dermatoloq və Oftalmoloqun konsultasiyasından, Hepatit B, Hepatit C, Sifilis, Spit müayinəsi və Qarın boşluğu üzvlərinin ultrasəs müayinəsindən keçib, Qanın kliniki analizini veriblər. Müayinələrdən sonra, Sağlam Ailə Tibb Mərkəzinin təlim zalında Birliyin üzvlərinə “Davranış qaydaları və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda seminar keçirilib. Bütün bu görülən işlərin məqsədi, məhz Azərbaycan gəncliyinin sağlam olmasıdır.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi