Tədbirlər

“Beynəlxalq Ailə günü ”

17.05.2017 ci tarixində, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 may "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Minilliyin əsas tendensiyaları: ailə və nikah institutu" adlı konfransın keçirilmişdir. Konfransın keçirilməsində məqsəd tarixi Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.

Konfransda 4 əsas panel - "Azərbaycan ailə modeli: dəyərlər və ənənələr", "Ailənin funksiyaları: iqtisadi faktorlar", "Ailə məsələləri ilə bağlı mövcud qanunvericilik və təkmilləşmə perspektivləri", "İnformasiya və ünsiyyət vasitələri üzərindən qloballaşma: Təhlükəsizlik təhdidləri və ailəyə istiqamətlənmiş risklər" mövzuları üzrə çıxışların edilmişdir.

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi