Tədbirlər

MÜHARİBƏ VETERANLARI VƏ ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN ÖDƏNİŞSİZ AKSİYA

Beynəlxalq Müəllimlər Günü münasibətilə 8 Oktyabr 2022-ci il tarixində Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının“Facharzt”nın təşəbbüsü, Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə müəllim olan müharibə veteranları və şəhid ailələrinin üzvləri üçün ödənişsiz aksiya təşkil olunub.

Almaniyadan gələn bir qrup Azərbaycanlı həkim heyəti, Oftalmoloq-Vüsal Həmidli, Otorinolorinqoloq, Baş-boyun cərrahı- Rəşad Novruzov, Otorinolorinqoloq və üz cərrahı- Cavid Hüseynzadə, Damar cərrahı- Sahib Şixaliyev, Travmatoloq və Ortoped- Rəvan Əliyev, Uroloq və Onkoloq- Hikmət İsmayılov, Terapevt- Pərvin Cəfərov, Stomatoloq-Nəriman Cabbarov , Sağlam Ailə Tibb Mərkəzinin həkimləri Nevroloq- Gülnar Verdiyeva, Ginekoloq- Sevgin Bayramzadə, Dermatoveneroloq İlham İgidov, Pediatrlar Xanım Əhmədova və Kəmalə Rüstəmova, Şüa diaqnostikası üzrə-Zemfira Hacıyeva, Dilarə Umudova, Oqtay Kazımov, Anar Zülfüqarov, Elnurə Əlimirzəyeva tərəfindən  ödənişsiz müayinələr aparılıb. Vətəndaşlar həkim təyinatlarına əsasən laborator müayinələrdən də ödənişsiz şəkildə keçiblər. Keçirilən müayinələrin nəticələrdən asılı olaraq xəstəlik aşkar edilən vətəndaşlara müvafiq müalicə kursları təyin edilib. Xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə zərurət olduqda isə cərrahi əməliyyatları həyata keçiriləcək. Layihənin silsilə şəklində keçirilməsi planlanıb.

Günün sonunda təşkilatçılar tərəfindən media nümayəndələri ilə görüş keçirilib. Ümumilikdə aksiya sonunda vətəndaşlara 504 xidmət göstərilib.

 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi