Tədbirlər

Nitq mədəniyyəti və ünsiyyət bacarıqları

Ceyhun Əli ilə Müştəri xidmətləri Departamentinin əməkdaşları üçün “Nitq mədəniyyəti və ünsiyyət bacarıqları” mövzusunda görüş keçirilmişdir.

Sağlam Ailə Tibb Mərkəzi əməkdaşlarının fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının artırılması üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir.

Azərbaycan dili sabit qrammatik quruluşa, zəngin söz və ifadə ehtiyatına, zərif səslənmə sisteminə malikdir. Hər bir şəxs düzgün nitqə ən əsası isə qarşısındakı insan ilə empatiya qurmaq və dinləmək bacarıqlarına sahib olmalıdır. Kütlələrlə daima təmasda olan şəxslərin üzərinə böyük vəzifələr düşür.
Elə bu səbəbdən də, 19 dekabr tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcı və redaktoru Ceyhun Əli ilə Müştəri xidmətləri Departamentinin əməkdaşları üçün “Nitq mədəniyyəti və ünsiyyət bacarıqları” mövzusunda görüş keçirilmişdir.
Görüş çərçivəsində “İşgüzar və akademik sferada nitqin sənin imicindir” “Danışma və dinləmə mədəniyyəti”, “Peşəkar ünsiyyət qurma və özünü təqdimetmə bacarıqları” və s mövzular müzakirə olunmuşdur.
Ceyhun Əli karyera inkişafında həmçinin pasiyentlərə, müştərilərə xidmət göstərərkən düzgün və səlis nitq mədəniyyətinin önəmini diqqətə çatdırıb, natiqlik bacarıqlarının artırılması istiqamətində öz tövsiyələrini vermişdir.
 

Sizə zəng edək?

Ad Soyad

Əlaqə nömrəsi