22 aprel 2017-ci il tarixində Sumqayıt şəhərində, "Mərkəzi Qan Bankı", "LAYF Xeyriyyə İctimai Birliyinin" təşkilatçılığı və "Sağlam Ailə Tibb Mərkəzi" nin dəstəyi ilə hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərə yardım məqsədilə qanvermə aksiyası təşkil edilmişdir. Aksiyada donor olan vətəndaşlar səyyar həkim müayinələrindən (dermatoloq, USM, kardioloq, terapevt) yararlanıblar.