"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi", "Bakı Gənclər Klubu" və "Sağlam Ailə" Tibb mərkəzinin birgə tərəfdaşlığı ilə "Reproduktiv Sağlamlıq- fiziki, əqli və sosial uğurların təzahürüdür" layihəsi baş tutmuşdur. Layihə çərçivəsində gənclər ilk öncə tibbi müayinədən keçərək, Xaçmaz rayonu, Muxtadır qəsəbəsində yerləşən yay düşərgəsinə yollandılar. Düşərgə iştirakçılarına 3 gün ərzində "Sağlam Ailə" tibb mərkəzinin əməkdaşları tərəfindən tibbi maarifləndirici təlimlər keçirildi.