Hər bir müəssisənin uğurlu fəaliyyəti onun kadr potensialından asılıdır. Öz işinin peşəkarı olan əməkdaşlardan ibarət kollektivimiz işini mükəmməl şəkildə icra etməyə qadir təcrübəli mütəxəssislərdir.
Əməkdaşlarımız pasiyentlərə qayğı göstərilməsi, peşəkarlıq, bilik və bacarıqların inkişafı üçün çalışmaq, etika normalarına ciddi riayət edilməsi kimi prinsipləri daima özünə rəhbər tutur. Çünki onlar üçün mütəmadi şəkildə peşəkarlıqlarının artırılması məqsədilə müxtəlif mövzulu təlimlər təşkil olunur.
19 İyun 2021-ci il tarixində Sağlam Ailə Tibb Mərkəzlərində çalışan Müştəri xidmətləri əməkdaşları üçün “Telefonda danışıq və üz-üzə xidmət” mövzulu təlim təşkil olunub. Pasiyent məmnunluğu nədir, fərdi keyfiyyətlər, çətin pasiyent tipləri, onlarla yaranan situasiyalar təhlil olunmuş və keyfiyyətli xidmət göstərilməsindəki yanaşmalar öyrənilmişdir.
Nəzəri və praktiki hissələrə ayrılmaqla təşkil olunan təlimdə göstərilən nümunələr və interaktiv fəaliyyətlər təlimin iştirakçılar tərəfindən daha yaxşı mənimsənilməsinə nail olunub.
Tədbirlər